Muəllif: Pərviz Cəbrayıl

20 ilin müxalifət lideri…

Gözüm yaraşıqlı, üzü tanış olmayan bir azərbaycanlı görücünün rusca  reklamına sataşdı, saytına girdim: “Pulsuz diaqnostik seansdan keçin və görücü …-filankəsin yardımından yararlanın! Bu ulduz falı bu günə kimi çox gizli saxlanılıb! Bu proqnozlar YÜKSƏK gəlir əldə etmək üçün nə lazım olmasıyla bağlı sizə 100%-lik dəqiq təlimat verir! Ekstrasens Х. ona verilmiş ilahi verginin boşuna getməsini istəmir. Buna görə də o, arzu edən hər kəsə kömək edir.

Tam mətn
Muəllif: Kamran Mahmudov

Bir təşəkkür üçün dəyməz

Bəd xəbərlə başlayacam. Etimad Əsədov öldü. Ölkənin baş qazisi. Ağır xəstəlikdən. Ağciyər xərçəngindən. Ruhu şad olsun. Uğrunda canını fəda etdiyi Qarabağı görmədən getdi. Əslində neçə gündür yazı yazmaq istəyirəm. Səhiyyəmiz haqqında. Ard-arda baş verən proseslər mənə bu yazını yazmağa sövq edirdi. Elə Qarabağ qazisinin ağır xəstəlikdən vəfat etməsi xəbəri məni bilgisayar arxasına keçməyə məcbur etdi. Ondan başlayaq ki, həmkarımız Səbuhi Məmmədlinin müalicəsi üçün prezident İlham Əliyev göstəriş verdi. Səbuhi Məmmədli ağır xəstəlikdən əziyyət çəkir.

Tam mətn