Muəllif: Kamran Mahmudov

Açıq qalan suallar

İsti və stressli yay günlərini yaşayırıq. İstilik bizi bir yandan, ard-arda gələn neqativ xəbərlər isə bizi o biri yandan yorur. Bir sözlə,  gündəm o qədər doludur ki, bu isti günlərdə vaxt edib istirahət də edə bilmirik. Gəl indi bu neqativlərlə, stresslə, istirahətsiz il boyu işlə. Nəysə, sözüm onda yox. Onsuz da illərdir istirahət etmirik. Freelancer hara, istirahət hara. Biz hər il elə yayda da, bayramlarda da işləməyə məhkumuq. Daha doğrusu, məcburuq.

Tam mətn
Muəllif: Seymur Kazımov

Zəmanə qulları

İlin əvvəlində Filippin əsillli Amerika jurnalisti Aleks Tizonun “Mənim ailəmin köləsi” adlı məqaləsini oxudum. Məqalə 56 il ona və ailəsinə təmənnasız köləlik etmiş Lola adlı bir xanım haqqında idi. Tizon ötən ilin martında dünyasını dəyişib. ABŞ-ın məşhur jurnalistlərindən olub, Pulitzer mükafatını qazanıb. Məqalədə Lola haqqında hər şey var… onun tənhalığı, iztirabları, ömrünün sonlarına yaxın hətta sevinci və həyəcanı.

Tam mətn
Muəllif: Kamran Mahmudov

Vicdanlı jurnalistlərin aqibəti

Nicatı itirdik. 39 yaşında. İndi bir çoxunuz soruşacaqsız ki, Nicat kimdir? Mənim kimi sadə jurnalist baba. Heç bir qruplaşma üzvü olmayan, kiminsə deyil, ancaq cəmiyyətin məqsədlərinə xidmət edən, haqqın-ədalətin tərəfində olan sadə bir jurnalist. Nicatla çox oxşar tərəflərimiz vardı. Dilimiz acı idi. Çünki qarşımızdakının kim olmasından asılı olmayaraq doğru bildiklərimizi deməyə çalışmışıq. Həqiqət isə həmişə acı olur. Kiminsə, nəyinsə yanında, hansısa qruplaşmanın tərkibində deyil, haqq bildiyimizin yanında olmuşuq. Tənqiddən çəkinməmişik.

Tam mətn
Muəllif: Kamran Mahmudov

JURNALİST… ELÇİ… SİLLƏVURAN…

Bu yaxınlarda hüquq şirkətinin rəhbəri olan dostum zəng vurmuşdu. Hal-əhvaldan sonra öyrəndim ki, sən demə zəng vurmağının səbəbi başqa imiş. Dostum məndən bu yaşıma qədər adını eşitmədiyim bir –iki xəbər saytının adını sordu. Məsələnin mahiyyətinə gəldikdə isə məlum oldu ki, həmin bu “göbələk kimi yağışdan sonra” ortaya çıxan saytların bir çoxunda dostumun partnyorluq etdiyi bir şirkət haqda eyni məzmunlu və hətta deyərdim eyni mətnli qarayaxma yazılıb.

Tam mətn
Muəllif: Elçin Şıxlı

Quzğun

Azərbaycan Mətbuat Şurasının monitorinq qrupu martın 10-da Fəvvarələr meydanındakı əsgər ölümlərinə qarşı keçirilən icazəsiz aksiya zamanı jurnalistlərin bəzilərinin peşə fəaliyyətinə uyğun olmayan hərəkətlər etdiyini bildirir. Qeyd etmək lazımdır ki, həmin qrupa Daxili İşlər Nazirliyi əməkdaşları da daxil imiş. MŞ və DİN mütəxəssislərindən ibarət bu qrupun bildirdiyinə görə, jurnalistlər, təbii…

Tam mətn
Muəllif: Arif Əliyev

ŞƏRƏFƏ, CƏNABLAR, ŞƏRƏFƏ!

«…aclıq… mənə insan təbiətinin bir xüsusiyyətini anlatdı: bu hiss əsəb sistemini yalın məftilə çevirir. Toxlar belə vəziyyətə düşənləri istədikləri kimi idarə edə bilirlər. O vaxta qədər aclığın nə olduğunu mən bilmirdim. İndi bilirəm ki, ac olmaq ləyaqətə yaraşmayan şeydir, çətin, hətta təhlükəlidir». (Müslüm Maqomayev, «İçimdə xatirələr yaşayır») «Həyatda ən…

Tam mətn
Muəllif: Elçin Şıxlı

Hörmətli oxucu!

«Ayna»nın qəribə taleyi var. 1990-cı ildən bəri, hələ qəzetlərə ad axtaranda, əvvəlcə rus versiyasının «Zerkalo» olacağını qərarlaşdırdıq. «Zerkalo»nun azərbaycancasının necə olacağı isə düyünə düşdü. İlk baxışda sadə bir işdi, tərcümə et, vəssalam. Amma «güzgü» nəsə adamın nə dilinə, nə də qulağına yatırdı. Bir sözlə, xeyli götür-qoydan sonra, nəhayət,…

Tam mətn