Muəllif: Seymur Kazımov

Pişiyin dərdi iti öldürər

ABŞ Dövlət Departamenti Azərbaycanda yaşayan vətəndaşlarına xəbərdarlıq edib ki, bu ölkədə xəstəxanaya müraciət etməyin, üstəlik aptekdən də dərman almayın. Doğrusu, dünyanın super dövlətinin məlum xəbərdarlığı nə təəccüb doğurmalıdır, nə də narahatlıq ifadə etməlidir. Azərbaycanda illərdir həkimlərin təhsilindən tutmuş, onların sosial statusu barədə həm yazılır, həm də danışılır. Həm də ona görə təəccüblənmədim ki, gözəlim məmləkətin vətəndaşlarının özlərini müalicə etdirmələri üçün Astara sərhəd-keçid məntəqəsində dar qəfəsin içərisində hansı zülmlər çəkdiyinin şahidi olmuşam.

Tam mətn
Muəllif: Elçin Şıxlı

Sədaqətə, bu itdirsə belə, heykəl qoyan millət

“Keçəl Xondulunun uşağı döyməsini bayaqdan marığa yatan Alan da görmüşdü. O, əvvəlcə zingildədi, qabaq ayaqları üstündə sürünə-sürünə arxadan onlara yanaşdı və birdən atın belinə sıçradı. Xondulunun boynundan yapışıb yəhərdən saldı. Sonra xirtdəyindən yapışdı”. “Ölən dünyam” İsmayıl Şıxlı *** Göyün üzü nəhayət təmizlənmişdi — buludlardan əsər-əlamət yoxdu. Günəşin ilıq şüaları ətrafı az da olsa, isitdiyindən günlərdən bəri yağan yağışdan sonra adamın lap qırışığı açılırdı. Həyətdəki zəfəranlar da çiçəkləmişdi. Baxmağa bir göz gərəkdi.

Tam mətn