Muəllif: Zülfüqar Rüfətoğlu

IŞĞALI UNUTMAYAQ…

  Əgər Bakıda 1990 və 1991-ci illərdə Azərbaycanın tarixi işğalı ilə bağlı olan iki abidə — XI Qızıl Ordunun və Kirovun heykəlləri ləğv edilməsəydi, bu gün bunu etmək mümkün olardımı? İnanmağım gəlmir, çünki Leninin heykəllərinə, Georgi lenti adlanan o parçaya görə Moskvanın Kiyevin başına açdıqlarını görürük. Ukraynanın sovet simvolikasının ləğvi siyasəti Moskvanı möhkəm əsəbiləşdirir. İndi Moskvanın siyasəti belədir ki, pis-yaxşı, Rusiyanın tarixində nə olubsa, hamısına ehtiram göstərilməlidir.

Tam mətn
Muəllif: Redaksiya

Narkotik tranzitində bir marşrut var ki…

BMT narkotik tranzitinin Dağlıq Qarabağ marşrutunu qəbul etmir. Halbuki Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ ərazisi narkotik tranziti, narkotiklərin becərilməsi, satılması, transmilli cinayət üçün nəzarətsiz ərazi kimi istifadə olunur. Trend-in məlumatına görə, bu barədə Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri, baş nazirin müavini Əli Həsənov…

Tam mətn
Muəllif: Redaksiya

MN: Ermənistanın Dağlıq Qarabağda yerləşdirdiyi ordunu silib süpürəcəyik

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verən bütün hadisələrin səbəbi Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilməməsidir. Azərbaycan MN mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlu deyib: «Ermənistan bütün təmas xətti boyu atəşkəsi pozur. Azərbaycan Silahlı Qüvvələri də buna layiqli cavab verir. Çox təəssüf ki, təmas xəttində atəşkəsin pozulması…

Tam mətn
Muəllif: İsmayıl Umudlu

Həmsədrlərə xatırlatma: Qaradağlı 21 ildir xarabadır

O gün 80-ə yaxın Qaradağlı sakini xüsusi amansızlıqla qətlə yetirilib, 6 nəfər itkin düşüb, 9 nəfər əsir götürülüb. Ermənistan Silahlı Qüvvələrinin, erməni terror dəstələrinin və Rusiya Silahlı Qüvvələrinin Xankəndidə dislokasiya olunan 366-cı motoatıcı alayının hərbi texnikasının və canlı qüvvəsinin dəstəyi ilə Xocavənd rayonunun Qaradağlı kəndini işğal etməsindən və bu dəhşətli…

Tam mətn
Muəllif: Redaksiya

Qoşunları çıxar, sonra istəsən Nyu-Yorka uç

 “Ermənistan qoşunlarını Dağlıq Qarabağdan çıxarsın, sonra lazım gələrsə, Nyu-Yorka da uçuş təşkil oluna bilər”.   APA-nın məlumatına görə, bu fikirləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov keçirdiyi mətbuat konfransında deyib. Ermənistan prezidentinin Xocalı aeroportundan mütləq uçuş təşkil ediləcəyi ilə bağlı…

Tam mətn
Muəllif: İsmayıl Umudlu

Araz Əzimovdan düşündürücü siyasi açıqlamalar

Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov jurnalistlərə Qarabağ mövzusu ətrafında düşündürücü açıqlamalar verib. Əzimov qeyd edib ki, Azərbaycan Suriyadan olan erməni ailələrinin məskunlaşdırılmasına qarşı deyil, Azərbaycanı narahat edən erməni ailələrinin işğal olunmuş ərazilərdə məskunlaşdırılmasıdır: “İnsanların Suriyanı tərk etməsi normaldır, insan həyatını itirmək istəmir. Onların Ermənistanda məskunlaşdırılmasına qarşı…

Tam mətn
Muəllif: Redaksiya

Öz avtomobilimizi istehsal edə bilərik

Keçən il 1 milyard 119 milyon ABŞ dolları dəyərində 101 min 255 ədəd avtomobil idxal olunub. Rəqəmin böyüklüyü Azərbaycanın daxilində avtomobil istehsalı məsələsini gündəmə gətirib. Təcrübə də var. Bu gün Gəncə, Naxçıvan, Şamaxıda xaricdən gətirilmiş avadanlıq əsasında avtomaşınlar yığılır. Təbii ki, avtomobil istehsalı hər bir ölkə üçün strateji məsələdir. Vaxtlə…

Tam mətn