Muəllif: Admin_ayna

Hüceyrə — insan.

Deyirlər bizim kainata oxşar milyardlarla kainatlar var. Və hər kainatda Yer kimi milyardlarla ulduz fırlanır. Və bizim Yerdə milyardlarla insan yaşayır. Və deyirlər ki, insan milyardlarla hüceyrədən ibarətdir. Mən hesab edirəm ki, insandakı hüceyrələrin  sayı Yerdə yaşayan insanların sayı qədərdir. Və ya kainatdakı  “Yer “lərin sayı, kainatların sayı qədərdir… Uzun sözün qısası- hər şey fraktallardan ibarətdir. Fraktallar — özündən dəfələrlə kiçik özünəbənzərlər deməkdir.

Tam mətn
Muəllif: Kamran Mahmudov

Narkoman yoxsa insan?

Radiolardan birində çalışdığım vaxtlarda həftədə bir dəfə “Deutche Welle”nin proqramlarını azərbaycancaya tərcümə edirdim. Yerli Fm dalğasında yayımlanan həmin yerli radioda həftədə bir dəfə həmin proqram azərbaycanca yayımlanırdı. Onu tərcümə etmək isə mənim öhdəliyimdə idi. Silsilə verilişlərdən biri Almaniyada uyuşdurucu asılılığı olanlara həsr olunmuşdu. Dövlətin onlara qayğısından danışılırdı.

Tam mətn
Muəllif: Kamran Mahmudov

İnsan haqları gününə sözardı

İnsan haqları gününü geridə qoyduq. Bəzilərinin hər gün uğrunda mübarizə apardığı, bəzilərinin ildə bir dəfə yadına düşdüyü, bəzilərininsə tapdalamaq uğrunda mübarizə apardığı insan haqqı. İnsan doğuluşundan son anına qədər müxtəlif haqlara sahibdir. Yaşamaq hüququ, təhsil hüququ, özünü ifadə hüququ, toplaşmaq hüququ, etiraz hüququ, mülkiyyət hüququ və.s . Bəs bizdə insanın hansı hüquqları var? Yaşasaq da, normal yaşaya bilirikmi? Orta təhsil pulsuz olsa da, normal təhsil ala bilirikmi? Özümüzü istədiyimiz kimi ifadə edə bilirikmi? Tənqid edə bilirikmi?

Tam mətn
Muəllif: Seymur Kazımov

İnsanı yaşat ki, dövlət yaşasın

Bu günlərdə həbsdən yenicə çıxmış bir nəfərlə rastlaşdım. Sözləri məni bir az təəccübləndirdi. Dedi ki, “içəridə” olanda daha rahat və sakit idi. Öncədən deyim ki, həmin şəxsin adını yazmayacağam, narahatam ki, yenə həbs edərlər. Az-çox ictimai fəal şəxsdir. Onun çıxışında məni, bəlkə də yazının əvvəlini oxuyanları təəccübləndirəcək məqam var; insan niyə həbsdə olanda rahat olsun ki?! Azadlıq, sərbəstlik dünyanın ən gözəl nemətidir.

Tam mətn
Muəllif: Mehparə Rəhimqızı

Qorxularımız

İnsan çox möhtəşəm məxluqdur, sevincləri, kədərləri, arzuları, gündəlik planları, işi, maşını, evi və daha nələri var. Maddi olanları təsdiq edən sənədləri də var. Var da, amma bəzilərinə bunlar mənasız gəlir, çünki bütün bu olanların bir qara qəpiyə dəymədiyini anladan, hərdən xatırladan  duyğu da var — qorxular. Amma bu qorxular  evsiz, işsiz, paltarsız qalmaq, ac və sərgərdan olmaq kimi qorxulardan deyil. Bu qorxular bambaşqadır. Bu haqda bir az sonra danışacam.

Tam mətn
Muəllif: Rauf Mirqədirov

Padşahlıq arzusu ilə yaşamayın

İnsan allahlıq  iddiasında olmalıdır Bir çoxları deyəcəklər ki, bu Mirqədirov lap ağlını  itirib. İndi allahlıq iddiasındadır. Bir sözlə, allahsızlara qoşulub. Bir qədər  səbriniz olsun. Elə deyil. Amerikalı rejissor Oliver Stounun Putin haqqında çəkib başa vurduğu  sənədli filmdə maraqlı bir səhnə var. Stoun “qeyri-məhdud hakimiyyətə” malik Putindən doğrudanmı “Rusiya çarı” olmaq istədiyini soruşur və “Əsas odur ki, malik olduğun hakimiyyətdən  düzgün istifadə edəsən”,- cavabını alır. Düşünürəm ki, məntiqi olduğu qədər də qeyri-səmimi cavabdir.

Tam mətn
Muəllif: Redaksiya

İnsan alveri: əcnəbilərlə ailə quranlar çox vaxt qurbana çevrilir

Keçən il 66 insan alveri faktı aşkarlanıb. Bu haqda Turan-a açıqlamasında “Təmiz Dünya” İB rəhbəri Mehriban Zeynalova bildirib. Bu ilin 3 ayı ərzində isə 10 belə insan alveri faktı üzə çıxıb. Onun sözlərinə görə, 175 nəfər potensial alver qurbanına yardım göstərilərək, belə faciəyə düşə bilməkdən xilas edilib. İnsanların alver…

Tam mətn