Muəllif: Elçin Şıxlı

İNDUSTRY 4.0

“Mən düşündüyüm üçün mövcudam…”- deyən robot insanlara istehza ilə baxdı. “Mən robotam”, Ayzek Azimov   Bir müddət əvvəl ailəvi dostlarımızla Türkiyəyə uçurduq. Əvvəlcədən elektron biletlər də almışdıq, amma hava limanında qeydiyyat zamanı çətinə düşdük – guya aldığımız biletlərin qiymətinə baqaj pulu daxil deyilmiş. Əlavə ödəniş etməli olduq. İstirahətimiz pis başlamırdı. Hamımız əsəbiydik. Qeydiyyatla məşğul olan xanım halımızı görüb bizə ürək-dirək vermək istədi və ağzını büzərək:”Heç internetnən də bilet alarlar!”,- dedi. Bir-birimizin üzünə baxdıq.

Tam mətn