Muəllif: Pərviz Cəbrayıl

Müəllimin iki ölümü

Düz 18 il qabaq kənddə qovağın altına palaz atıb oturmuşduq. Birimiz Bakıdan, birimiz Moskvadan gəlmişdi. Kəndin dadını çıxarırdıq öz aləmimizdə. Kölgədə belə nəfəs almaq olmurdu. Bir yandan da samovar çayından içdikcə kənddə olduğumu bilib uşaqlığının keçdiyi həyətdəki xatirələri çözələmək üçün yolunu bizdən salmış 150 kiloluq sinif yoldaşımı tər götürüb gedirdi. “Dəyirman” deyilən yerdə çimməyə getməyi götür-qoy edirdik. Uşaqlığımız Arazın lil sularının axdığı kanalın o dəyirmanında üyüdülmüşdü.

Tam mətn