Muəllif: İbrahim Nəbioğlu
Tam mətn
HEÇ NƏ VƏ YENƏ DƏ HEÇ NƏ
Şüvəlandan Fatmayıya gedirik. Oktyabr ayının son bazar günüdür. Bakı kəndlərində ən gözəl vaxtdır. Günəşin hənirtisi xeyli azalıb, payızdır, bağlar boşalıb, bir azdan yağışlar basacaq hər yanı. Yolboyu mənzərə saralmış seyrək otlardan, bozarmış torpaq və Günəşi əsir alan adda-budda buludlardan ibarətdir. Maşın sürətini artırdıqca rüzgarın səsi hürkütücü olur.
Bölüm: Köşə