Muəllif: Arif Əliyev

Mən həbsdən necə qurtardım

Qabaqda polis maşını gedir. İnamla ötürəm: yol — düpbədüz, sürət — lazımi həddə, sənədlər — qaydasında. Dərhal sirena işə düşür, müfəttişlər özlərini mənə çatdırırlar və sükanın arxasında əyləşmiş gənc leytenant əli ilə «saxla» işarəsi verir. Avtomobili kənara çəkib əyləci basıram, şüşəni aşağı salır və gözləyirəm. Leytenantın yanındakı polis maşından düşür, tənbəl-tənbəl mənə yaxınlaşır, yuxulu kimi, gözünü hardasa uzaqlarda bir nöqtəyə dikib özünü təqdim edir. Sənədlərimi istəyir. — Əvvəl deyin, niyə saxlamısınız?

Tam mətn
Muəllif: Qulu Məhərrəmli

Mirzə Cəlili niyə həbs etmişdilər?

 və ya “Ölülər” aləmindən “Dəli yığıncağı”na düşməyin əbədi faciəsi                          28 Apreldə Azərbaycanın işğalından iki ay sonra Mirzə Cəlil ailəsi ilə gedib Təbrizə sığıınmışdı. Şura hökumətindən ağlı bir şey kəsmirdi, bolşeviklərə inanmırdı, hadisələri uzaqdan izləyirdi. Tezliklə geri qayıtmaq fikri də yox idi. Təbrizli dostlarının köməyi ilə “Molla Nəsrəddin”in nəşrini bərpa etmişdi, iki il ərzində ara-sıra çıxan jurnalın nüsxələri Bakıda da yayılırdı.

Tam mətn
Muəllif: Redaksiya

Vətəndaşa zərər vuran sürücünün cəzası sərtləşdirilir

Vətəndaşa zərər vuran sürücüyə qarşı cəzalar sərtləşdirilir. Nəqliyyat vasitəsini idarəetmə hüququ olmadan nəqliyyat vasitəsini idarə edənlər kiməsə zərər vurarsa, onların həbs müddəti artırılır. Bunun üçün İnzibati Xətalar Məcəlləsinə dəyişiklik təklif olunur. Məcəllənin 152-ci maddəsinə təklif olunan dəyişikliyə görə, nəqliyyat vasitəsini idarəetmə hüququ olmadan idarə edərkən törədilən xəta nəticəsində zərər…

Tam mətn
Muəllif: Sədrəddin İsmayılov

Məhbusu həkimin yanına ayağı qandallı aparıblar

Güney Azərbaycanın Marağa zindanında həbsdə olan azərbaycanlı milli-mədəni fəal Mehdi Kuxian xəstəxanaya ayaqları qandallanaraq aparılıb. Böyrəyində kəskin ağrıları olan fəalın israrı ilə onun həkim müayinəsindən keçməsinə icazə verilib. Bundan başqa o, həftənin əvvəlində aclıq aksiyasına başlayıb. Mehdi Kuxian bu barədə ailəsi ilə telefon danışığı zamanı xəbər verib. Azərbaycanlı fəal aclıq…

Tam mətn
Muəllif: Redaksiya

NİDAdan 7-ci fəal — bloger Zaur Qurbanlı həbs edildi

Bu gün NİDA hərəkatının fəalı və bloger Zaur Qurbanlı həbs edilib və Ağır Cinayətlər üzrə İstintaq İdarəsinə aparılıb. Elə bu gün Nəsimi rayon məhkəməsi Qurbanlı barəsində üç aylıq həbs qətimkan tədbiri seçib, bu barədə Turan-a NİDA idarə heyətinin üzvü Turqut Qəmbər bildirib. Qurbanlıya qarşı 228.3-cü (mütəşəkkil qrup tərkibində qanunsuz…

Tam mətn
Muəllif: Redaksiya

Nida Vətəndaş Hərəkatından iki yeni həbs xəbəri

Nida Vətəndaş Hərəkatından iki yeni həbs xəbəri yayılıb. Vəkil Namiq Hacıyevin sözlərinə görə, Nida Vətəndaş Hərəkatı İdarə Heyətinin üzvü Rəşadət Axundova CM 228.3-cü (qanunsuz olaraq partlayıcı maddələr və qurğular əldə etmə, hazırlama, daşıma və gəzdirmə) maddəsi ilə ittiham irəli sürülüb. Axundov barəsində Nəsimi Rayon məhkəməsinin qərarı ilə 3 ay müddətinə…

Tam mətn
Muəllif: Sədrəddin İsmayılov

Bu, Səidsiz keçirdiyim dördüncü bahardır

Onu 2008-ci il iyunun 10-da Tehran İnqilab Məhkəməsi məhkum edib. İttiham: «əcnəbilərlə əlaqəyə girərək İran İslam Respublikasının dövlət quruluşuna qarşı təbliğat aparmaq…». Və 8 il müddətinə azadlıqdan məhrum edilib. Hüquq müdafiəçisi, jurnalist Səid Mətinpurun xanımı Ətiyə Tahiri «Amerikanın Səsi»nə müsahibədə həyat yoldaşının sağlıq durumunun yaxşı olmadığı və onun müalicə…

Tam mətn