Muəllif: Kamran Mahmudov

Azərbaycanda gənc olmaq…

Hər il Azərbaycanda fevralın 2-i Gənclər günü kimi qeyd edilir. Mən də bu barədə yazacam. Daha doğrusu gənclərin günündən. Adətən ilin bu gününü sosial şəbəkələrdə gənclərə ünvanlı təbriklər olur. Bu il isə sosial şəbəkələri gənclərə ünvanlı pessimist notlu mesajlar bəzəmişdi. Ən azından mənim gördüklərim bu qədər oldu. Gənclik insan ömrünün ən məhsuldar, ən gözəl, ən yaddaqalan, ən ümidli, ən mübariz çağıdır.

Tam mətn
Muəllif: İsmayıl Umudlu

Filarmoniya bağında gerçək bir kitab bayramı idi

Doğrudan da bu gün paytaxtın Filarmoniya bağında gerçək bir kitab bayramı idi. Kitab köşklərinin qarşısında basabas vardı, kassalar bir əldən çek vurur, rəflərə düzülmüş kitablar vərəqlənir, hər tərəfdə əli və qoltuğu kitablı adamlar dolaşır, skamyalarda, bağın kölgəli yaşıllıqlarında ağaclara dirsəklənib kitab oxuyan gənc qızlar və oğlanlar öz dünyalarında idilər. Ən…

Tam mətn
Muəllif: Redaksiya

Elmi dərəcələrə görə əlavələri artırmaq təklif edilir

MEA ötən ilki fəaliyyətinə həsr edilən ümumi yığıncaqda elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcələrinə görə verilən əlavələrin artırılması təklif edilib. İclasda cıxış edən MEA akademik-katibi Vaqif Fərzəliyev bildirib ki, son illər ölkə Prezidentinin elmə qayğısının nəticəsi olaraq alimlərin əməkhaqqı bir neçə dəfə artıb. Lakin əməkhaqlarının məbləği müasir bazar qiymətləri…

Tam mətn
Muəllif: Redaksiya

Gimnastlarımız «Baltika Kuboku”nda 5 qızıl medal qazanıblar

Azərbaycanlı gənc gimnastlar Qdanskda keçirilən «Baltika Kuboku» beynəlxalq turnirində 5 mümkün mükafatdan 5 qızıl mükafat qazanıblar. Azərbaycan Gimnastika Federasiyasından yayılan məlumata görə, 5 qızıl medaldan 3-nü 13 yaşlı bakılı idmançı Züleyxa İsmayılova qazanıb. Məlumatda bildirilir ki, o, əvvəlcə özünü gürz və lentlə olan hərkətlərdə yaxşı göstərib və çoxnövlülük üzrə qalib…

Tam mətn
Muəllif: Redaksiya

İşsizin mənzil problemi həllini tapa bilər

İşsiz vətəndaşların da mənzil problemi həllini tapa bilər. Bununla bağlı yeni qanun layihəsi hazırlanıb. MM Sosial Siyasət Komitəsinin hazırladığı layihədə gənc ailələrə perspektivlər vəd edir. Bu qanunu komitə yaz sessiyasında müzakirəyə çıxaracaq. Artıq bundan sonra nikaha girən 2 gəncdən heç biri işləməsə, onlara müəyyən köməklik göstərilməsi nəzərdə tutulur. Bu…

Tam mətn
Muəllif: Redaksiya

İlham Nəzərov Roma Opera Teatrında çıxış edib

Azərbaycan Dövlət Filarmoniyası Xor Kapellasının, Dövlət Akademik Opera və Balet Teatrının və «Üns» yaradıcılıq səhnəsinin solisti, gənc vokalçı İlham Nəzərov dünyanın ən möhtəşəm opera səhnələrindən biri sayılan Roma Opera Teatrında «Nos» operasında iştirak edir. Bu günlərdə burada dahi rus bəstəkarı Dmitri Şostakoviçin bu operası tamaşaya qoyulmuşdur. Mədəniyyət və Turizm…

Tam mətn
Muəllif: İsmayıl Umudlu

Nisə Qasımova bu dəfə də keçmişə körpü saldı

Nisə Qasımova ilə hər söhbət keçmişi bu günə bağlayır. Nəsə keçmiş sənət həyatından ayrıla bilmir. Bəlkə də sənət ömrünün ən gözəl anlarının keçmişdə qalması ilə bağlıdır. Bu dəfə də eləcə. Bir zamanların sarışın qıvrım saçları çiyinlərinə dağılmış, iri mavi gözlü şıltaq bir ifaçısı. Bunu xatırladırıq. Gülür. — Bəli, ilk…

Tam mətn