Muəllif: İbrahim Nəbioğlu

ALMANİYA QEYDLƏRİ — 1; MÜNHEN-FÜSSEN

Xarici ölkəyə işlə bağlı ezamiyyətə getmək çox rahatdır. İki-üç günlük bu “atüstü” səfərlərdə hər şey əvvəlcədən hazır olur – oteldəki yerin ayrılır, səni hava limanında qarşılayırlar, hətta axşam yeməyi üçün də düşünməyə ehtiyac qalmır. Fərdi olaraq yola çıxanda isə sıravi turistsən, qalacağın yerdən tutmuş gedəcəyin yerlərə, görəcəyin məkanlara qədər hər şeyi özün planlamalısan. Bu da asan iş deyil, kompyuterin başında oturub uzun-uzadı araşdırma aparmağı tələb edir. Mayın əvvəlində çantamızı toplayıb Almaniya-Avstriya səyahətinə çıxdıq.

Tam mətn