Muəllif: Pərviz Cəbrayıl

Pərviz Cəbrayılın üç oğurluq etirafı

Deyəsən, məhərrəmlik ayıydı. Həm də deyəsən qış idi. “Deyəsən”i ona görə deyirəm ki, “məhərrəmlik” deyəndə adamın xəyalında qora bişirən aylar, səhranın qır kimi qaynar qum cəhənnəmi canlanır. Ancaq qış idi. Üç adamdıq. Qarlı, sürüşkən yolda qarı xırçıldada-xırçıldada qaranlıqda necə addımladığımızı xatırlayıram. Bəlkə üçüncü, bəlkə dördüncü sinifdə oxuyurdum. Atam əlimdən tutmuşdu. Bəzən məni qucağına götürür, hansısa arxın, çala-çökəyin üstündən atlanıb keçirirdi. Yıxılacağımdan çox qorxur, ancaq səsimi çıxarmırdım. Anamın kəndin bizdən xeyli aralıda yerləşən qohumunun evinə gedirdik.

Tam mətn