Muəllif: Elçin Şıxlı

Çərpələng

Yayda dəniz qırağına çatar-çatmaz gözə ilk dəyən havada uçuşan çərpələnglər olur — irili-xırdalı, alabəzək və müxtəlif formalı. Adama elə gəlir ki, onlar da quşlar kimi səmada azad və sərbəst süzürlər… Amma bu belə deyil. Çərpələnglərin ipləri olur və onların bir ucunu əlində insan tutur. İndi çərpələngləri dükandan alırlar, özü də biz onları ölkə olaraq özümüz istehsal etmirik. Xaricdən alırıq, əsasən də Çindən. Ona görə də onları adətən valideynlər yığıb havalandırır.

Tam mətn