Muəllif: Hüseynbala Səlimov

BİZ MÜSƏLMANLAR TANRINI NİYƏ BELƏ EYBƏCƏRLƏŞDİRİRİK?..

   “…Tanrıya dedi ki, ən sevdiyin bəndə ilə məni görüşdür. Tanrı da buyurdu ki, filan yerə get, orada həmin adamı görəcəksən. Gəlib gördü ki, burada bir adam var, nə əlləri var, nə də ayaqları, hər ikisindən şikəst bir adamdır. Amma oturub Allaha dua edir. Ondan soruşdu ki, Tanrı səni bu hala salıb, niyə ona yenə də dua edirsən? Allahın sevimli bəndəsi isə qayıtdı ki: “Allahım mənə ona şükr etməkçün dil və ağıl verib.

Tam mətn
Muəllif: Pərviz Cəbrayıl

ATOM BOMBASI QƏDƏR QORXUNC…

Bir şeyi heç cür anlaya bilmirəm. Xristianlıqla islam, ümumiyyətlə, dinlər nəyi bölə bilmirlər? Dünyanı? Allahı? Yer kürəsini? Fəlakət ondadır ki, onlar dünyanı da, allahı da, Yer kürəsini də çoxdan bölüblər. Bölüm-bölüm. Parça-parça. Həm də elə bölüblər ki, yəqin, dünyanın sonuna qədər də birləşdirmək mümkün olmayacaq. “Pew Research Center”in 230 dövlətdə apardığı demoqrafik araşdırmaya görə, 6,9 milyardlıq Yer sakinlərinin 5,8 milyardı özünü inanclı sayanlardır.

Tam mətn
Muəllif: Pərviz Cəbrayıl

Ateistlər o zaman Allaha inanacaq…

Bir neçə ay qabaq bir müsahibə oxudum. Maraqlı müsahibdi. Filosofdu, ya baqşa bir sahənin alimiydi. Dinlərlə bağlı maraqlı fikirləri vardı. Lənətə gəlmiş huşsuzluğum üzündən adını xatırlaya bilmirəm. Deyirdi ki, dinlərlə savaşmağın mənası yoxdu, çünki onsuz da insanların beynindən bunu silib atmaq mümkün deyil. O zaman onlara bənd olma. Belə deyirdi. Hərçənd elə məqamlar var ki, təkcə dinə və ya dindarlara deyil, istənilən baxışa və ya təbəqəyə bənd olmamaq mümkün deyil.

Tam mətn