Muəllif: Hüseynbala Səlimov

AFRİNDƏN BAŞLANAN, AMMA AFRİNDƏ BİTMƏYƏCƏK MÜCADİLƏ…

Doğrusu, bizim ünlü sosioloqların azərbaycanlıların daha çox hansı ölkələrlə bağlı xəbərləri izlədiklərini araşdırıb-araşdırmadıqları şəxsən mənə bəlli deyil. Böyük ehtimalla bu, onların heç ağlına da gəlməyib, çünki ictimai elmlərlə bağlı olanlarımızın elmlə deyil, dissertasiya yazmaqla, ən yaxşı halda isə təbliğatla, necə deyərlər, ölkəmizlə bağlı həqiqətlərin dünya əhlinə çatdırılması ilə məşğul olduğu hamıya məlumdur. Amma adi və qeyri-adi insanlarımızla söhbətlərdən yəqin edirik ki, millətimizi Azərbaycandan savayı maraqlandıran ölkələrdən ön sırada gedəni Türkiyədir. Burada Türkiyə prezidenti R.T.

Tam mətn
Muəllif: Seymur Kazımov

Bitməyən köçün tarixçəsi

Azərbaycanda məcburi köçkünlər üçün bu günədək 100-ə yaxın qəsəbə salınıb. Daha əvvəllər vaqona oxşayan “fin evlərində”, ondan da əvvəl “çadır şəhərciklərində” məskunlaşıblar. Əsl vaqonlarda məskunlaşanlar da az olmayıb. Bu qırmızı vaqonların bir hissəsi Tərtərin dörd yol deyilən ərazisində hələ də qalır. Uzun müddətdir orada insan yaşamasa da, onlara aid əşyalara indi də rast gəlinir. Yəqin ki, dünyada “analoqu olmayan” bir dövlətin bir vətəndaşının həyatına 4-5 dəfə evini dəyişmək qisməti yalnız bizə məxsusdur.

Tam mətn