Muəllif: Pərviz Cəbrayıl

ELMDƏN SOS: BƏŞƏRİYYƏTİN ƏCƏL ZƏNGİ…

Ötən yazımda pişiklərin dinlərdəki yeri haqda danışmışdım. Bu dəfə isə yazımızın davamı olaraq elmin nə dediyindən bəhs edək… *** Elm adamları sözün həqiqi mənasında həyəcan təbili çalır: kəşf edilməsi yüz illərlə sürmüş, penisilin adıyla dünyaya gəlmiş antibiotiklər nəsli artıq heç bir effekt vermir, bakteriyalar onları daha vecinə almır, yeni tərkibli antibiotiklər isə o zərərli mikroorqanizmlərin şəraitə daha da uyğunlaşmasını sürətləndirir. Bir zamanlar bəşəriyyətin xilası kimi qəbul edilən antibiotiklər bu gün bəşəriyyətin əcəl zənginə çevrilir!

Tam mətn
Muəllif: İbrahim Nəbioğlu

BƏŞƏRİYYƏTƏ FORMAT ATMAQ

“O, Əfqanıstanda hərbi konvoyda viski içən pleyboya bənzəmirdi”… Oxuduğunuz bu cümləni dilimizə tərcümə edib sonrakına keçəcəkdim ki, dayandım. Cümləni tərcümə etməsinə etmişdim, di gəl ki, onun mənasını anlaya bilmirdim. Bu adamın Əfqanıstanla, hərbi konvoydakı “Hammer”in arxa oturacağında viski içməklə nə əlaqəsi olduğunu başa düşməmişdim. Əlimin tərsi ilə masamda nə vardısa kənara itələyib, “Iron Man” üçün internetdə axtarış verdim… Rejissor Con Favro (Jon Favreau) “Iron Man” (“Dəmir Adam’’) filmini çəkmək üçün Los Ancelesdə bir sənaye kompleksini icarəyə götürür.

Tam mətn