Muəllif: Seymur Kazımov

İnsanlığın qəddarlıq, vəhşilik üzərindən çıxarmalı olduğu dərslər

“Əziz atam! Ölümqabağı səninlə sağollaşıram. Biz yaşamaq istəyirik, amma imkan vermirlər. Mən ölümdən çox qorxuram, çünki balaca uşaqları sağ ola-ola məzarlara atırlar. Əlvida, möhkəm-möhkəm öpürəm”. Bu yazı, anası Slatanın atasına ünvanladığı məktuba 12 yaşlı Cudit Vişnyatskayanın  əlavə etdiyi cümlələrdir. Məktubu Sovet əsgərlərindən biri Polşanın şərqindəki Baranoviztse qəsəbəsinin yaxınlıqında, indiki Belarus ərazisində yerləşən Bıten adlı məntəqədən tapıb. Bu məktub, ana və qız öldürülmədən qısa müddət əvvəl yazılıb.

Tam mətn
Muəllif: İbrahim Nəbioğlu

BABAMA ÇOXMU OXŞAYIRAM?

 (Almaniya Qeydləri – 6)  Ata nənəm uzun, amma mutsuz yaşadı. Üzünün güldüyünü heç görmədim. Babam muharibəyə gedəndə onun 26 yaşı vardı. Qazax hərbi komissarlığı babamı əvvəl Bakıya, oradan da birbaşa cəbhəyə göndərir. Nənəm babamın yolunu müharibənin sonuna qədər gözlədi, zülmlə, çətinliklə 3 övlad böyütdü, ali təhsil verdi. Gözünün kökü saralana qədər gözü yol çəkdi, ancaq ümidi bitmədi, tükənmədi, gözlədi, heç olmasa “Qara xəbəri” gəlsin dedi, amma o da gəlmədi.

Tam mətn