Muəllif: İbrahim Nəbioğlu

ZİBİL YEŞİYİNƏ BƏNZƏYƏN QUTU

(Almaniya Qeydləri – 5)  Füssen-Münhen qatarındayıq, Bavariyanın paytaxtına dönürük. Bu dəfə Alp dağları ilə onun dümağ qarlı zirvələri sol tərəfimizdədir. Yeri də qatarda ona görə seçmişik. Bir saat iyirmi dəqiqəlik yolumuz var. Qatarın 2-ci mərtəbəsindən Bavariyanın əsrarəngiz təbiətini seyr edir və Almaniyanı Almaniya yapan alman ruhu haqda düşünürəm. Ağlıma bu ruhu yaradan böyük Martin Lüter, alman filisofları, musiqiçiləri və alman ədəbiyyatının dahi təmsilçiləri gəlirlər. Spotify-da Rixard Vaqnerin Tangeyzer operasının uvertyurası çalır.

Tam mətn
Muəllif: İbrahim Nəbioğlu

VİZİT KARTI, ARPA ŞİRƏSİ

 (Almaniya Qeydləri – 4)  Füssenin “Torqovaya” küçəsi Rayxenştrasse adlanır. Onun sağ və solundakı tarixi binalarda bir zamanlar zəngin tacirlər yaşayırmışlar. Qədim romalıların tarixi Via Klaudia Augusta adlanan ticarət yolu bu küçə üzərində salınıb. Bu yol indiki İtaliyanın şimal bölgələri ilə Dunay çayı ətrafındakı əyalətləri birləşdirirmiş. Hər daşı tarix olan küçədə gəzib, kafelərdən birində otururam. Bir parç Augustiner Dunkel sifariş verib telefonumdakı naviqatorda göllər bölgəsini işarələyirəm.

Tam mətn
Muəllif: İbrahim Nəbioğlu

ALMANLAR NECƏ ALMAN OLDULAR

(Almaniya Qeydləri – 3)  Öncəki gün piyada iyirmi yeddi km yol getmişdik. Buna baxmayaraq yenə də adətim üzrə sabah altı olan kimi oyandım. Cəmi beş saat yatmışdım. Ancaq Alp dağlarının bol oksigeni sayəsində yataqdan tam dincəlmiş qalxdım. Şənbə günü olduğundan səhər yeməyinə hələ üç saat vardı. Günəşli bir Bavariya sabahı bizi açıq havaya səsləyirdi.

Tam mətn