Muəllif: Seymur Kazımov

Qonşular seçir, biz sevinir və kədərlənirik

2015-ci ilin 1noyabrında həm Azərbaycan, həm də Türkiyədə Parlament seçkləri keçirilirdi.  Və həmin gün azərbaycanlıların əksəriyyəti ekranların qarşısına keçdi, sandıqların açılmasını səbirsizliklə gözləməyə başladı… amma Türkiyədə.

Tam mətn
Muəllif: İbrahim Nəbioğlu

DOLMA VƏ SİLİKON

Dünyanın ən böyük “Apple” mağazalarından birinin yanındakı kafedəyəm. Görüşəcəyim dostum gecikir. Gah telefonda nəsə oxuyur, gah da mağazaya girən müştəriləri incələyirəm. Çoxu 20-30 yaşında gənclərdir. Modern texnologiyalar həyatlarının ayrılmaz hissəsidir. Smart telefon və sosial şəbəkələrdən istifadəyə görə türk gəncləri dünyada ilk sıralardadırlar. İqtidar partiyası Bələdiyyə seçkiləri ərəfəsində Yenikapıda son İstanbul mitinqini keçirir. Yollar tıxacdır, dostumu gözləyərkən telefonda gözümə Embry Tech adlı bir startap haqda xəbər sataşır.

Tam mətn
Muəllif: Hüseynbala Səlimov

Birdəfəlik sosial inyeksiyalar yaxşıdır, yoxsa sistemli qərarlar?..

  “Ümid çox şirnikləndirici bir əmtəədir, xüsusən də onu itirənlər üçün”. Heç bilirsinizmi, artıq müəllifini belə unutduğum bu sözləri niyə sitat gətirdim? Bəzən ümidin özü ümid yaradır, çünki ümid də qısamüddətli və uzaqmüddətli olur.

Tam mətn
Muəllif: Hüseynbala Səlimov

Yoxsa bizim də dərimizi soyacaqlar?..

Lap çoxdanın, neçə illər bundan əvvəlin söhbətidir. Bir ara siyasi yazılarda tez-tez “orta əsrlər” ifadəsini işlədirdim. Axırda rəyinə hörmət elədiyim insanlardan biri mənə qayıtdı ki, sən nahaq yerə orta əsrləri yalnız neqativ mənada işlədirsən, o, dövr həm də İntibah və humanizm dövrü kimi yadda qalıb. Əlbəttə onunla razılaşmaya bilməzdim, çünki düz deyirdi. Amma onda da dedim və indi də bir daha ərz edirəm ki, orta əsrlər həm də inkvizisiya və teokratik imperiyalar dövrü olubdur.

Tam mətn
Muəllif: Qulu Məhərrəmli

Vətənimizin simayi-möhtərəmi

və Cümhuriyyətin banisi M.Ə.Rəsulzadənin anadan olmasının 135 illiyinə *** 1955-ci il martın 7-də şaxtanın iliyə işlədiyi soyuq havada Ankaranın Əsri məzarlığında dərdli və üzücü bir hüzn hökm sürürdü. Səmadakı tutqun buludlar, sanki matəm içində imiş kimi ağır-ağır məzarlığa tərəf axışırdı. Azərbaycan Cümhuriyyətinin banisi, türk dünyasının böyük mütəfəkkiri, ədib və publisist, dünyanın müxtəlif yerlərinə səpələnmiş minlərlə azərbaycanlı mühacirin ümid yeri kimi baxdığı Məhəmməd Əmin Rəsulzadə burada son mənzilə yola salınırdı.

Tam mətn
Muəllif: Hüseynbala Səlimov

Əgər şona xalqı ilə birləşsək…

Şona xalqı qokomore xalqının varisidir. Qokomore xalqı isə qədim Zimbabvenin yerli əhalisi olub. Zimbabve isə Afrikanın cənubunda yerləşən və dənizə çıxışı olmayan ölkədir. Afrika isə bildiyiniz kimi, beş qitənin içində ən ekzotiki, həm etno-sosial, həm də siyasi baxımdan ən maraqlısıdır. Bilirsinizmi, bunları Sizə niyə xatırladıram? Düz 29 il idi ki, gözümüz tamam yollarda qalmışdı; bu gün gələr, sabah gələr.

Tam mətn