Muəllif: Kamran Mahmudov

Mətbuat və azadlıq

Beynəlxalq Mətbuat Azadlığı günü. Sözə fikir verin ha. Beynəlxalq Mətbuat Azadlığı günü. Necə gözəl səslənir. Necə gurultulu səslənir. Adamın ürəyinə lap yağ kimi yayılır. Mətbuat- bizim sevimli işimiz. Cəmiyyətin aynası. Azadlıq — hamının olmaq istədiyi tövr və mətbuatın olmalı olduğu durumlardan biri. Yəni zatən mətbuat varsa azad olmalıdır. Azad deyilsə demək ki yoxdur. BMT də iş tapmayıb. Götürüb belə bir gün təsis edib. Yəni mətbuata azadlıq günü keçirir. Dedim axı, mətbuat varsa, azad olmalıdır.

Tam mətn
Muəllif: Seymur Kazımov

Mətbuat azadlığı günündə Azərbaycan mətbuatının günü

3 May Ümumdünya Mətbuat Azadlığı günüdür. 13 ildir ki, Azərbaycan jurnalistləri bu bayramı fərqli atmosferdə qeyd edir. Bir qrup hər il toplaşaraq mərhum jurnalist Elmar Hüseynovun məzarını ziyarət edir, sonra medianın problemlərindən danışaraq təkliflər hazırlayır və hökumətə təqdim edir ki, medianı “ağ günə” çıxarsın. İkinci qrup bu günü şad, təmtəraqlı şəkildə qeyd edir, birinci qrupun etirazlarını qəbul etmir və iddia edir ki, mediamız elə “ağ günün” içərisindədir. Hər il Elmar Hüseynovun məzarını ziyarət edənlərin sayı da azalır.

Tam mətn
Muəllif: Aytən Məmmədova

Azadlıq oğurluğuna iki manatlıq şəriklik…

Hardasa, bir ilin söhbətidir, ilahiyyatçı Taleh Bağırzadə ilə birlikdə hakim qarşısına çıxarılanlardan biri dövlət hesabına təyin olunmuş vəkilin üzünə tüpürüb, onu zaldan qovmuşdu. “Belə vəkil olar?! Bu adam “banditizm”dəkilərə qoşulub məni döyürdü”, – müdafiəçiyə qarşı aqressiyasının səbəbini belə izah eləmişdi… Hökumətin “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna, Mülki və  İnzibati Prosessual məcəllələrə planlaşdırdığı dəyişikliklər haqda oxuyanda bu hadisə yadıma düşdü. Ali Məhkəmə parlamentə dəyişiklik layihəsi göndərib.

Tam mətn
Muəllif: Redaksiya

Korrupsiyadan yazan jurnalistlər mükafat olaraq noutbuk aldılar

Korrupsiyadan yazan jurnalistlər mükafat aldılar. “Media və korrupsiya” mövzusunda müsabiqədə 6 ən yaxşı jurnalist araşdırması seçilib. Müsabiqə Yeni Nəsil jurnalist təşkilatı tərəfindən “Avrasiya” beynəlxalq əməkdaşlıq fondu və Niderland XİN-in dəstəyi ilə keçirilib. Müsabiqədə məqsəd korrupsiya problemini işıqlandıran jurnalistləri təşviq etmək idi. Yeni Nəsil rəhbəri Arif Əliyev qeyd edib ki, korrupsiya…

Tam mətn
Muəllif: Redaksiya

Bakı Tehranın notasına cavab verdi

Azərbaycan İrana etiraz notası təqdim edib. Bu barədə Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev bildirib. Abdullayev deyib ki, cavab notasında Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin (GAMAC) təşkilatçılığı ilə martın 30-da Bakıda «Çağdaş Güney Azərbaycanın sabahı» mövzusunda keçirilən konfransda səsləndirilən fikirlərin Azərbaycan dövlətinin mövqeyini əks etdirmədiyi…

Tam mətn
Muəllif: Redaksiya

“Müxalif jurnalistlər virus kimidir, onları qırmaq lazımdır”

Azadliqnews.tv-nin bu gün polis tərəfindən saxlanılmış müxbiri Dəyanət Məmmədov 40 dəqiqə sonra sərbəst buraxılıb. Onun saxlanılmasına metronun “Azadlıq prospekti” stansiyasının girişində yaranmış basabasın videoçəkilişini aparması səbəb olub. Basabas metronun giriş aparatlarının işləməməsi ilə əlaqədar yaranıb. Jurnalisti saxlayan polis çavuşu onu metrodakı polis otağına aparıb, burada onun mobil telefonu, noutbuku…

Tam mətn
Muəllif: İsmayıl Umudlu

20 Yanvar: Qorbaçovu məhkəməyə biz yox, əslində ruslar verməlidirlər

20 Yanvarın 23-cü ildönümüdür. 23 ildir bu günü kədər və xalqımıza pislik etmiş canilərə əbədi nifrət hissi ilə qeyd edir, bir daha o günləri, verdiyimiz qurbanları anırıq. Kiçik bir ölkənin vətəndaşları olaraq, yenə də bəyan edirik ki, bu cinayətin baş memarı hələ həyatdadır, onu müttəhimlər kürsüsündə əyləşdirmək lazımdır. 20…

Tam mətn