Muəllif: Pərviz Cəbrayıl

Anama arvad alıram…

Tanış olmayan bir nömrədən zəng gəldi. Hardasa 18 il məni unutmuş bir uzaq qohumummuş. Ənənəvi xoş-beş-on beş. Ev-eşik, həyət-baca, toyuq-cücənin vəziyyətini xəbər alandan sonra keçdi mətləbə. 20 ildən bəri İsveçrədə yaşayır. İndi 44 yaşı var. Hə, mənə niyə zəng vurub? Çünki mən savadlı, dünyagörmüş, səviyyəli adammışam. Savadım nəyə yarayırmış? Yazıçılığamı? Xeyr! O qardaşa qız tapmağa! Bəli-bəli, qız tapmağa. Adam nəhayət evlənmək fikrinə düşüb, bu işdə də ona yardım edəcək ən məqsədəuyğun adam mənmişəm.

Tam mətn