Muəllif: Aytən Məmmədova

Xəstəyə dərman aparmırıq…

Bütün yazı xəstəni xilas etmək üçün vuruşduq. Xərçəng hər gün onu ölümə bir az da yaxınlaşdırırdı. Əldən düşmüşdü, amma ümidini də üzmürdü. Həkimlər bir dərman dedi, Bakının bütün apteklərini ələk-vələk etdik, tapmadıq. Tapacağına söz verənlər də böyük qiymət deyirdi: bir həbi 50 manata təklif edirdilər. İkihəftəlik müalicə prosesinə 1400 manat xərc tələb olunurdu. Adam çox sarsılır. Sanki hamı xəstənin yaxınlarına pul kisəsi kimi yanaşır. Dostlar ölkədən kənarda xeyli ucuz tapdı. Qalırdı dərmanın gəlib xəstəyə çatması.

Tam mətn