Muəllif: Hüseynbala Səlimov

ABŞ-LA TÜRKİYƏ ARASINDAKI SOYUQ KÜLƏKLƏR HARA İSTİQAMƏTLƏNİB?

ABŞ rəsmiləri “İncirlik” hərbi bazası ətrafındakı söz-söhbəti tamam inkar etsələr də məsələ ətrafındakı müzakirələr davam etməkdə və yeni ehtimallar meydana çıxmaqdadır – hələ də bir çoxları iddia edir ki, hərbi baza ya bağlanacaq, ya da onun fəaliyyəti məhdudlaşdırılacaqdır. Bu cür ehtimalların davamlı olmasının bir əsas səbəbi də budur ki, Ankaranın öz geosiyasi orientasiyasını dəyişəcəyi, hətta NATO-nu tərk edəcəyilə bağlı proqnozlar əvvəllər də dəfələrlə səslənib. Bu mövzuda xüsusən rusiyalı siyasətçilər və politoloqlar çıxış etməyi daha çox sevir.

Tam mətn
Muəllif: Qulu Məhərrəmli

ABŞ üçün hansı ölkə təhlükəlidir?

odla oynayan Rusiya, yoxsa iqtisadi möcüzələr göstərən Çin? Deyəsən, Amerika prezidenti D.Tramp yavaş-yavaş ipə-sapa yatmağa başlayıb. Qüdslə bağlı araqarışdıran bəyanatından sonra ağzından çıxan kəlmələrin də fərqinə varır. Onun ABŞ-ın yeni milli təhlükəsizlik strategiyası ilə bağlı verdiyi ciddi bəyanatlar çoxlarında belə bir təəssürat yaradır ki, başında hələ də biznes havası qalmış Tramp əməlli-başlı siyasətçi qiyafəsinə girir. Dünyanın ən güclü dövlətinin prezidenti indi öz ölkəsinin təhlükəsizliyi barədə həyəcanla danışır.

Tam mətn