Muəllif: Pərviz Cəbrayıl

ALLAH, HEÇMİ DADINA BAXMADIN BUNUN?..

İslam dünyasının, Şərqin geridə qalmasının əsas səbəblərindən biri sorğulama yasağının olmasıdı. Lap başdan başlasaq, Allahın sorğu-sual edilməsinin, ondan nəsə izah istənilməsinin (rəmzi mənada təbii ki), “filan şeyi niyə belə etdin” sualının yasaqlanmasıdı. Bu, islamdan əvvəl də olub islamı yaradan xalqlarda. Məhəmməd peyğəmbər özü Ərəbistanda çoxallahlılığı, bütləri sorğulamadımı? Sorğuladı. Nəticə nə oldu? Dağınıq ərəb tayfaları birləşib nəhəng imperiya yaratdılar. Bu, çağın öz siyasi inqilab formatı idi. Adı köhnə olan yeni allah, yeni din, yeni düzən yarandı.

Tam mətn
Muəllif: Redaksiya

Birdən müəllimin dərs vaxtı mürgülədiyini lentə aldılar?..

Paytaxtın 100-ə yaxın məktəbində mobil telefonlardan istifadəyə yasaq qoyulub. Bakı Şəhər Təhsil İdarəsi ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zəminə Əliqızı deyib ki, tədris ocağında telefondan istifadə yasağına məktəb rəhbərləri özləri nəzarət edirlər. Z.Əliqızı yenə də izah edib bu yasaq mobil telefonun tədris prosesinə və onun keyfiyyətinə mənfi təsir göstərməsindən irəli gəlib….

Tam mətn
Muəllif: İsmayıl Umudlu

Rəsul Quliyevə Türkiyəyə giriş yasaq imiş

Bəlli olur ki, bəzi qonşu ölkələrdən hansisa siyasət adamlarının demokratik Türkiyəyə girişinə yasaq var. Məsələn, Mahmudəli Çöhrəqanlı, Birləşmiş Ştatlarda mühacirətdə olan eks-spiker Rəsul Quliyev… Rəsul Quliyevin Türkiyəyə girişinə yasaq qoyulmasının həqiqət olduğunu Turan-a R.Quliyevin lider olduğu Açıq Cəmiyyət Partiyasının sədri Süləhddin Əkbər bildirib. Əkbərin sözlərinə görə, bu yasağı…

Tam mətn
Muəllif: Redaksiya

Güney Azərbaycanı Ermənistanla ticarətə qoşurlar

Tehranın göstərişi ilə Şərqi Azərbaycan və Qərbi Azərbaycan əyalətlərinin biznes çevrələri Ermənistanla fəal ticarətə qoşulmalıdır. Yaxın günlərdə Ermənistanın Armavir vilayətində Təbriz Ticarət Palatası və «Araz» Azad İqtisadi Zonasının (AİZ) nümayəndəliyi açılacaq. APA-nın İran qaynaqlarına istinadən məlumatına görə, bu barədə «Araz» AİZ-in direktoru Sadiq Nəcəfi açıqlama verib. Onun sözlərinə görə, yeni…

Tam mətn
Muəllif: Redaksiya

Vaşinqton İranı qərb yarımkürəsində görmək istəmir

Birləşmiş Ştatlar İranın Güney Amerika ölkələri ilə əlaqələrindən narahatdır. Konqresin Nümayəndələr Palatası «Qərb yarımkürəsində İranla mübarizə» adlı yeni qanun layihəsi qəbul edib. Bu sənəd İranın Güney Amerikaya nüfuzunun qarşısını almaq üçün həll yollarının araşdırılmasında hüquqi baza rolu oynayacaq. Bunun üçün Dövlət Departamentinə 1 milyon dollar vəsait ayrılacaq. Sözügedən qanun layihəsində…

Tam mətn