Muəllif: Seymur Kazımov

Təsəvvürümüzdəki ziyalılar…

Martın 1-də dövlət başçısının bir qrup mədəniyyət xadimi ilə görüş keçirildi. Görüş və görüşdəkilər barədə uzun yazmağa gərək yoxdur. Heç, səslənən fikir və təkliflərə də toxunmağa gərək yoxdur. Amma cəmiyyətdə xəyal qırıqlığı yaratdığı dəqiqdir. Bu görüş Sovet Azərbaycanının və bir qədər də müasir Azərbaycan mədəniyyətinin siması idi. Yəni, köhnə və cavan nəsil nümayəndələri eyni görüşdə iştirak edirdi.  Aydındır ki, mədəniyyət xadimlərindən atom parçalanması, Kvant fizikası ilə bağlı təkliflər səslənməyəcəkdi.

Tam mətn
Muəllif: Hüseynbala Səlimov

Millətə görə tanınanlar və milləti tanıdanlar…

Əslində kiminsə Vətənə dönüşü, hər şeyi — iddiaları da, umu-küsünü də  arxa plana keçirib, sadəcə, Vətənə baş çəkmək istəməsi təəccüb doğurmamalıdır və burada elə bir motiv də axtarmaq lazım deyil; Vətənə ona görə qayıdırlar ki, o, sadəcə, Vətəndir… Bu baxımdan dəqiq bilmirəm, bəlkə R.İbrahimbəyovun dönüşündə də hansısa “pərdəarxası məqamlar”, siyasi motivlər və yaxud başqa nələrsə də var, di gəl, mənə elə gəlir ki, İbrahimbəyov ona görə gəldi ki, sadəcə, azərbaycanlıdı, bakılıdı və ahıl yaşlı bir adamın bir

Tam mətn
Muəllif: Pərviz Cəbrayıl

Diringi-dəngiş Nəsiminin xalqı…

Sovet dövründə tərcümeyi-hallarda mütləq şəxsin gəldiyi ailənin sosial mənşəyi haqda bir cümləni qeyd edirdilər – məsələn: “Ziyalı ailəsində doğulmuşam”. Ziyalı kim idi? Sadəcə, oxumuş, savadlı adam. Müəllim idisə, ziyalı sözünü əlini ürəyinin üstünə qoyub çox arxayın şəkildə yaza bilərdin. Yox, atan, ya anan sadəcə ali təhsilli məmurdusa, o cümləni yazanda bir az böyür-başına baxırdın, üzün xəfifcə qızarırdı. Yəni insanlar sövq-təbii bilirdilər ki, yox, bu ziyalı deyilən şey nəsə başqadı… Gələk öz çağımıza. Bəs indi kimdir ziyalı?

Tam mətn
Muəllif: Seymur Kazımov

Kikabidze, Putin və bizim ziyalılar

Oğrular məşhur gürcü aktyoru və müğənnisi Vaxtanq Kikabidzenin evinə girir, amma oradan heç nə aparmır. Bir məktub yazırlar:“Bilsəydik ki, burada siz yaşayırsınız, bu evə girməzdik”.  Bunu Buba (müasirləri onu belə adlandırır) müsahibələrinin birində deyib. 2008-ci ildə Rusiya Gürcüstanın ərazilərini işğal edəndə, o vaxtkı Rusiya prezidenti Dmitri Medvedevin ona verdiyi “Dostluq ordeni”ni qəbul etməyib. “Mimino”nun məşhur qəhrəmanı ilə bir-iki dəfə təsadüfən söhbətimiz olub. Ekranda necədirsə, real həyatda da məndə o cür təəssürat oyadıb.

Tam mətn
Muəllif: Rafiq Əliyev

Ziyalı və zaman

Ziyalı və zaman mövzusu bütün əsrlər boyu aktual bir müzakirə obyekti olub. Bu gün necə? Əlbəttə dünyanın azadlığa, yeni düzümə hamilə olduğu indiki dövrdə bu problem əlahəddə məna kəsb edir. Xüsusən ölkəmizdə, Azərbaycanda. Niyə? Millətlər, xalqlar, ölkələr var ki, tarixləri boyu onlarda söz sahibi kilsə olub, dini institutlar olub,…

Tam mətn