Muəllif: Hüseynbala Səlimov

Nə üçün bu cəmiyyətin 6-cı təlimə ehtiyacı var?..

  Yəqin bilənlər bilir, bilməyənlər üçün də, polislərimiz demiş, tərəfimizdən ərz edək ki, müasir psixologiya elmində beş əsas istiqamət var: biheviorizm, qeştalt-psixologiya, psixoanaliz, humanist psixologiya və transpersonal psixologiya. Bəli, hər bir normal adam (belələrinin davranışını psixologiya, xəstələrinkini isə psixiatriya öyrənir) tamamilə əmin ola bilər ki, yaşadığı bütün hiss və həyəcanları, nə bilim, dürlü, çeşidli affektləri və daha nə bilim, nələri və nələri — məhz bu beş təlim əsasında çözmək mümkündür.

Tam mətn
Muəllif: Hüseynbala Səlimov

BELƏ XALQI “SEVMƏMƏK” OLARMI?..

Hərə bu xalqı bir şeyə, bir cəhətinə görə sevir. Kimi səxavətli, mərhəmətli və qonaqpərvər olduğuna görə, kimi başıaşağı, itaətkar, dözümlü bir toplum olduğu üçün, kimi də hələ də xalqlıqdan çıxıb millət kimi formalaşa və özünü ayıq-sayıq, savadlı və tələbkar bir cəmiyyət kimi təsdiqləyə bilmədiyinə görə. Onu ən çox sevənlər isə “Biz bu xalqın xidmətçiləriyik” deyib bütün xalqı özlərinin nökərlərinə və xidmətçilərinə çevirən məmurlarımızdır.

Tam mətn
Muəllif: Qulu Məhərrəmli

Vəzifəm mənim sərvətimdir

Yəqin ki, yaşlı və orta nəsil Vaxtanq Kikabidzenin bir vaxtlar məşhur olmuş “Ötən illərim mənim sərvətim, var-dövlətimdir” lirik mahnısını  yaxşı xatırlayır. Həmin mahnı elə indi də ara-sıra səslənir və melodiyası adamda keçmişə əməlli-başlı xiffət hissi oyadır. Ömürdən keçən mənalı illərin insanın sərvətinə çevrilməsi fikri də çox düşündürücüdür. Mən əminəm ki, babat musiqi zövqü olan tipik azərbaycanlı məmur da bu mahnını yaddaşında  yaxşı saxlayıb, ən azı “var-dövlət” söhbətinə görə.

Tam mətn
Muəllif: İsmayıl Umudlu

Kosalı camaatı Tbilisidə aksiya keçirib

Bu gün Gürcüstan paytaxtında Dövlət Dəftərxanasının binası qarşısında etiraz aksiyası keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, Qardabani rayonunun Kosalı kənd sakinləri Gürcüstan hökumətindən, şəxsən baş nazir Bidzina İvanişvilidən onların əlindən alınan 1.600 hektar əkin sahələrinin geri qaytarılmasını tələb ediblər. 70 nəfərədək azərbaycanlının qatıldığı aksiya 3 saat davam edib. Aksiyanın…

Tam mətn
Muəllif: İsmayıl Umudlu

Deputat və məmur bizneslə məşğul ola bilməyəcək

Bizneslə məşğul olan məmurlar və deputatlar cinayət məsuliyyətinə cəlb olunacaqlar. MM Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rafael Cəbrayılov APA-ya açıqlamasında bildirib ki, bununla bağlı komitənin sabah keçiriləcək iclasında Cinayət Məcəlləsinə əlavələr müzakirə olunacaq. Təkliflər arasında CM-yə biznes fəaliyyətindən əldə etdiyi gəlirin müsadirə olunması ilə yanaşı,…

Tam mətn