Muəllif: Pərviz Cəbrayıl

Bir qatı söyüşün açılmayan sirri

Deyəsən 13 yaşım vardı onda. Yay tətilinə çıxıb elə sabahı, bir günü də bada verməyib atamın əqrəbası, məndən 5 yaş böyük dağlar oğlu Cabbarla onların – az qala Savalanın ətəklərində yerləşən dağ kəndinə gedirdim. Onda əlbəttə, internet-şop, onlayn alış-veriş yox idi. Amma maraqlı sifariş jurnalları buraxılırdı, istədiyini gətirdə bilirdin. Hər şey saat kimi nizamlanmışdı. Sifarişini sağ-salamat poçtda təhvil alıb pulunu ödəyirdin. İndi o musiqi alətinin adını bilən yoxdu. O vaxt “Faema” deyirdilər.

Tam mətn
Muəllif: Hüseynbala Səlimov

Bakı böyük kəndə necə çevrildi…

Desəm ki, sovet Bakısının vurğunu idim, əlbəttə ki, düzgün olmaz. Əslində mənim buna heç mənəvi haqqım da yoxdur. Mən 1988-ci ildə “bakılı” olmuşam. 88-ci ildə və az sonra Bakıya gələnlər çox olduğundan deməliyəm ki, mən onlardan deyildim, bura Moskva Universitetini bitirəndən sonra təyinatla gəlmişdim. O vaxt yataqxanada bir otaq verdilər mənə. Düz 25 il yaşadım həmin otaqda — evləndim, uşaqlarımız oldu. Binamızda çalışan yaşlı bir suçu vardı — ermənistanlı qaçqın idi.

Tam mətn
Muəllif: Redaksiya

Orta məktəb müəllimi meşədə özünü asıb

Hadisə İsmayıllının Qalıncaq kəndində qeydə alınıb. Kənd sakini, 48 yaşlı Azad Məmmədəli oğlu Rəcəbəliyev yaşadığı kəndin yaxınlığındakı meşə massivində özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil. Rəcəbəliyev Qalıncaq kənd orta məktəbində bədən tərbiyəsi müəllimi işləyirmiş.

Tam mətn
Muəllif: Aynurə Əhmədova

Meyvə-tərəvəzin də pasportu olacaq

Kənd təsərrüfatı sahəsində daha bir yeniliyin tətbiqi gözlənilir. Belə ki, bundan sonra ölkəmizdə istehsal olunan yerli meyvə-tərəvəz məhsulları pasportlaşdırılacaq. Pasportda məhsul haqqında bütün genetik məlumatlar öz əksini tapacaq. Bu halda məhsulların xarici bazarlara çıxışı asanlaşacaq. Ekspertlərin fikrincə, xarici bazar istehlakçılarının hər zaman təmiz məhsullara üstünlük verdiklərini nəzərə alsaq, bu…

Tam mətn
Muəllif: İsmayıl Umudlu

Ermənistanda hamı yapışqanlı skotç alır…

Arminfo David Stepanyanın diqqətimizi çəkən bir yazısını dərc edib. Bəlli olur ki, aprelin əvvəlindən Ermənistanda yapışqanlı skotç satışı heyrət doğuracaq bir şəkildə artıb. Kənd dükanlarının satıcıları nə vaxt belə bir hal olduğunu xatırlaya bilmirlər. Demə bunun bəsit bir səbəbi varmış — bu gen dünyada nəsibini bulmaq üçün səfərə yollananda…

Tam mətn
Muəllif: Redaksiya

Xanlıqlar kəndindən daha bir sakin minaya düşdü

Qazax rayonunun Ermənistanla sərhəddə yerləşən Xanlıqlar kəndindən daha bir sakin minaya düşərək həyatını itirmişdir. Hadisə bu gün Ermənistan-Azərbaycan sərhədinə yaxın yerdə baş verib. Xanlıqlar kənd sakini, 23 yaşlı Adil Habil oğlu Vəliyev kəndin ərazisindəki meşə sahəsində neytral zonada minaya düşüb. Lakin kənd sakinləri onu ərazidən çıxara bilməyiblər. Erməni tərəfinin atəş…

Tam mətn
Muəllif: Redaksiya

Kənd sakini kimin basdırdığı minaya düşüb?

Aprelin 2-dən Ermənistanla sərhəddə itkin düşmüş Qazax rayonunun Xanlıqlar kənd sakini Sabir Kərimovun meyiti bu gün səhər saatlarında cəbhə xəttindəki meşədə parçalanmış halda tapılıb. Onun minaya düşdüyü bəlli olub. Prokurorluq əməkdaşları hadisə yerinə baxış keçirəndən sonra meyit ailəsinə təhvil veriləcəkdir. Sabir Kərimov bir çox yoxsul kənd sakinləri kimi meşəyə göyərti…

Tam mətn