Muəllif: Admin_ayna

Rövşən Almuradlının xatirəsinə

Bu günlərdə əziz dostumuz, prinsipial sənətkar, bütöv insan, ziyalı adını ləkələməyən və nəhayət potensialı iddiasından qat-qat çox olan sənətkar — Rövşən Almuradlını itirdik. Ruhu şad olsun!

Tam mətn
Muəllif: Arif Əliyev

Sənət əbədidir, ömür amanat…

 Üç pərdəli sənədli povest (Adil İskəndərovun öz tələbəsi, teatr və kino rejissoru Rövşən Almuradlıya 1975-1976-cı illərdə «Sənətkar və zaman» mövzusunda düşüncələr üstündə danışdığı xatirələr əsasında)[2] * Avansəhnə   — Mənim vicdanım da, qəlbim də qandır! Dünya qan üstündə bir xanimandır!.. Vəzir yaltaqcasına şaha baş əydi, onun şəninə tərif demək üçün sifətinə şirinlik verib əllərini göyə qaldırdı. Rejissorun yuxusuzluqdan şişmiş göz qapaqları aralandı. Vəzir bunu sezdi, qolları yanına düşdü, amma üzünün ifadəsi dəyişmədi.

Tam mətn
Muəllif: Aytən Məmmədova

“Axmaq”

Müasir rus kinosunun yaxşı olduğu qədər də cəsarətli nümunələrindən sayılan “Axmaq” (“Durak”) filminin rejissoru Yuri Bıkov işə başlayanda gözəl anlayırdı ki, onun ortaya qoyduğu kinolent ölkə telekanallarında görünməyəcək. Filmdə ölkənin həqiqətləri bütün çılpaqlığı ilə göstərilir, Rusiya üsul-idarəsinin bütün eybəcərlikləri ekranda əksini tapır. Hakimiyyət belə yaradıcılıq nümunəsinə xoş yanaşa bilməz. Rusiya hələ babat ölkədir, belə film çəkmək olur, Azərbaycanda buna cəhd eləmək o dünyaya olmasa da, həbsxanaya könüllü bilet almaq kimi bir şeydir.

Tam mətn
Muəllif: Zəminə Rüstəmova

Oqtay Babazadə: İnanıram ki, seriallar təmizlənə-təmizlənə öz axarına düşəcək

Bu gün heç bir ailəni televiziyasız təsəvvür etmək mümkün deyil. İnsanı qane edəcək televiziya müddəaları, inkişaf meylləri, bugünkü səviyyəsi barədə son vaxtlar daha çox danışılır. Mövqeyindən, səviyyəsindən, düşüncəsindən asılı olmayaraq, bu «dördbucaq qutu» barəsində hərənin öz subyektiv fikri var. Bəs ömrü boyu bu sahə ilə bağlı olmuş kinorejissor Oqtay…

Tam mətn
Muəllif: Zəminə Rüstəmova

Səidə Quliyeva: Aktyora 2-ci, 3-cü dərəcəli insan kimi baxmaq olmaz

Səidə Quliyeva sənətdə istedadı olmayanlara yaradıcı yox, icraçı kimi baxır. Xalq artisti özü isə gənc sənət dostlarına dəstək olmağa çalışdığını, gənclərlə bir yerdə seriala çəkilməkdən, onlarla işləməkdən zövq aldığını deyir. Onunla söhbətimiz də sənətçi və zaman mövzusu ətrafında gedir. Deyir: — İnsan yaşa dolduqca həm daxilən, həm xaricən çox…

Tam mətn
Muəllif: Zəminə Rüstəmova

Ağakişi Kazımov: “Keçmiş şöhrətini teatra qaytara bilsək…”

Bu il Azərbaycanda Milli Teatrın 140 yaşı tamam olur. 1873-cü ilin martında Mirzə Fətəli Axundovun «Lənkəran xanının vəziri» tamaşası səhnələşdirildi. O vaxtdan bu günədək uzun bir yol keçilib. Gəlin milli teatrımızın dünəninə və bu gününə xalq artisti, qocaman rejissor Ağakişi Kazımovun gözü ilə baxaq. — Ağakişi müəllim, gəlin lap…

Tam mətn
Muəllif: Zəminə Rüstəmova

Həmidə Ömərova: “Ömrümün sonunadək onu qəhərlə xatırlayacağam”

Uzun illərdir kino sənətində qəhrəmanların dilində danışan xalq artisti Həmidə Ömərova təravətini hələ də simasında qoruyur və ekrana yansıdır. Bunu tək biz demirik. Özü isə bunu yumorla qiymətləndirir: — Gerçək sözündür, yoxsa zarafatdır? (gülür). Axı siz jurnalistlər üzümüzə kompliment deyir, amma ürəyinizdə fikirləşirsiniz ki, nə tez qocaldın sən! Əvvəllər…

Tam mətn