Muəllif: Kamran Mahmudov

“Allah babanın nağılı”

Axşamüstüdür. Divanda uzanıb başımı telefonla qatıram. Uşaqlar isə dar evdə gizlənpaç oynayırlar. Ya 4 yaşlı Mehmet yumur, bacısı gizlənir. Ya da bacısı yumur, Mehmet gizlənir. Mehmet kiçik olduğundan bütün dəlmə-deşiklərə rahat girib gizlənə bilir. Bəzən divanın küncündə, bəzən şifonerin içində gizlənir. Şifonerin içinə girəndə üst-üstə qalaqlanmış, zorla dolaba sığışdırılmış paltarlar yerə tökülür və dağılır. Mehmetin anası buna görə ona acıqlanır. Pərt olmuş uşaq gəlib sakitcə kresloda süst-məst oturur.

Tam mətn
Muəllif: Rauf Mirqədirov

ALLAH DA VAR, O DA FIRLANIR

Və ya “xoşbəxtlik” sözünün qafiyəsinin axtarışları haqqında Keçən ayın ortalarında dostlarımdan biri ilə WatsApp-la danışırdım. Yalan deyil. Düz sözümdür. Sadəcə olaraq, dostum Bakıda deyil, Pekində idi. Birdən yadımıza düşdü ki, dostum Bakıda olsaydı, danışa bilməyəcəkdik. Təsəvvür  edin ki, totalitar kommunist rejiminin hökm sürdüyü Çinin paytaxtı Pekindəki dostumla WatsApp-la danışa bilirəm, amma Konstitusiyasına görə demokratik  respublika və Avropa Şurasının üzvü olan Azərbaycanımızın paytaxtı Bakıdakı qohumlarımla yox. Bir sözlə belə çıxır ki,  totalitar Çin “demokratik” Azərbaycandan dünyaya daha açıqdır.

Tam mətn
Muəllif: İsmayıl Umudlu

«Mən sevirəm, amma Leyli kimi yox»

Lalə Məmmədova artıq Opera və Balet Teatrında «Leyli və Məcnun»un əsas qəhrəmanıdır. Deyir ki, indi səhv edib, sonra onu düzəltməyə çalışan çılğın bir qız yaşında deyil. Ötən illərdən bəri çox şeylər dəyişib. Əvvəllər səhv etməyə yaşı çatırdısa, indi səhv etmək hüququ azalıb. Qorxur ki, illər boyu sənətində topladıqları bir…

Tam mətn