Muəllif: Seymur Kazımov

Bazar lövhələri

Görünür ki, həmvətənlərimizin əksəriyyətini Azərbaycanda baş verənlərdən daha çox dünyada baş verən proseslər maraqlandırır, hətta cəlb edir. Söhbət politoloq, jurnalist, məmur, uzun sözün qısası, “dünyanın yükünü çəkməyə hazır olanlardan”, bir az da poetik ifadə etsək, “cəmiyyətin balından, qaymağından” getmir. Orta statistik həmvətənlərimizin maraq dairəsi ilə bağlı bir bazar günü ərzində gördüyüm və müşahidə etdiklərimini paylaşmaq istəyirəm. Yazının sərlövhəsinin “Evləri köndələn yar” tamaşasındakı “bazarkom Nadir” obrazı ilə əlaqəsi yoxdur.

Tam mətn
Muəllif: Redaksiya

Saakaşvili qolunu sındırıb, odur ki, İrəvana getməyəcək

İstanbulda səfərdə olan Gürcüstan prezidenti Mixail Saakaşvili velosipeddən yıxılıb və qolu qırılıb, bu haqda bazar ertəsi Türkiyə elektron KİV-ləri məlumat yayıb. “Hürriyet” qəzeti portalının məlumatına görə, hadisə ötən bazar Saakaşvili velosiped gəzintisinə çıxdığı zaman baş verib. Gürcüstan prezidenti xəstəxanaya aparılıb, hadisə ilə bağlı başqa ətraflı məlumat verilmir. Saakaşvilinin Türkiyə hakimiyyəti…

Tam mətn
Muəllif: İsmayıl Umudlu

Armavia ordudan sonra ikinci ən vacib qurum imiş…

Ermənistanda ordudan sonra ikinci ən vacib qurum Armavia imiş… Bunu özləri belə görürlər. İndi bu qurum çökdü. Qalır ordu. Armavianın iflası ətrafında cərəyan edənlər Ermənistanın necə bir acınacaqlı durumda olduğunu üzə çıxarmışdır. Aviaşirkətin fəaliyyətini dayandırmasından sonra Ermənistanda yük və sərnişindaşıma ilə real məşğul olan heç bir aviaşirkət qalmayacaq. Yəni…

Tam mətn
Muəllif: Redaksiya

Öz avtomobilimizi istehsal edə bilərik

Keçən il 1 milyard 119 milyon ABŞ dolları dəyərində 101 min 255 ədəd avtomobil idxal olunub. Rəqəmin böyüklüyü Azərbaycanın daxilində avtomobil istehsalı məsələsini gündəmə gətirib. Təcrübə də var. Bu gün Gəncə, Naxçıvan, Şamaxıda xaricdən gətirilmiş avadanlıq əsasında avtomaşınlar yığılır. Təbii ki, avtomobil istehsalı hər bir ölkə üçün strateji məsələdir. Vaxtlə…

Tam mətn
Muəllif: Aynurə Əhmədova

Dərmanların qiymətini bazar tənzimləyir…

Apteklərdə eyniadlı dərmanlar fərqli qiymətlərə satılır. Bu səbəbdən adamlar aptekləri gəzərək qiymətləri müqayisə edir, sonra alırlar. Bu kimisə təəccübləndirə, kimisə narazı sala bilər. Lakin bazarın, o cümlədən dərman bazarının qaydası belədir. Amma ortaya dərman vasitələri üçün vahid qiymətin tətbiqi mövzusu çıxıb. Hətta SN və İİN bu mövzuda birgə müzakirələrə…

Tam mətn