Muəllif: Mehparə Rəhimqızı

Qatarlar və biz

Vağzal yolların başlandığı yerdir. Bizi gözləyən və ya gözləməyən ünvanlara aparar. Qatarlar bilir hara getdiyini, təkərlərin taqqıltısı da, hərdən eşidilən fit səsləri  də, sanki onların işgüzarlığından xəbər  verər, gedərlər, qayıdarlar, təkrar-təkrar. Bizlər də bu ahəngdarlığın bir parçası olarıq, yolboyu düşünərik, fikrə dalarıq, xatirələri çözərik… Bəzən qatar ünvana çatmamış biz “çatarıq”, xəyalən  görüşərik, söhbət edərik, yaxud ilk dəfə olacağımız ünvanları təsəvvür edərik, görməli yerləri  gəzərik , düşüncələrlə səyahət edərik. Biz gedərik, qatarlar qalar.

Tam mətn
Muəllif: Fərrux Şıxlı

500 illik ömür və kömür

Son günlər dünyada olub-bitənləri öyrənmək üçün hara yollanırdımsa (Ağlınıza başqa bir şey gəlməsin, söhbət virtual səyahətdən gedir, internet, televiziya və s.) 500 rəqəmi məni qarabaqara izləyirdi. Demə, bu il Reformasiyanın, yəni Qərbi Avropanın bir sıra ölkələrində katolik kilsəsinin mənəvi diktaturasını məhv edən, nəticədə elmin və dünyəvi mədəniyyətin inkişafını asanlaşdıran ictimai-siyasi və ideoloji hərəkatın başlanmasının 500 illiyi imiş. Məhz 1517-ci ilin oktyabr ayının 31-də bu hərəkatın lideri Martin Lüter özünün 95 tezisi ilə çıxış edibmiş.

Tam mətn
Muəllif: Aynurə Əhmədova

Pensiya yaşını artırmağa ehtiyac yoxdur

Pensiya yaşını artırmaq yenidən gündəmə atılsa da, buna ehtiyac görülmür. Hazırda pensiya yaşı 63-dür. Azərbaycanda orta ömür isə 70-72 ildir. İqtisadçı ekspert Oqtay Haqverdiyev hesab edir ki, bu səbəbdən, hazırda ölkədə əsas məqsəd orta ömür müddətini uzatmaqdır. Bir çox ölkələrdə təqaüd yaşının artırılması millətin yaşlanması ilə əlaqədardır. Azərbaycanda demoqrafik…

Tam mətn
Muəllif: Redaksiya

Orta ömrümüz — 73 il

Azərbaycanda proqnozlaşdırılan orta ömür həddi 73 ildir, Avropada bu rəqəm 76 il təşkil edir. Bu barədə ÜST Avropada səhiyyənin vəziyyətinə dair yeni hesabatında bildirilir. Bu tip hesabatlar üç ildən bir hazırlanır, araşdırmalar 53 dövlətdə yaşayan təxminən 900 milyon insanı əhatə edir. İnsanın orta ömür həddinə görə göstəricilərində qadınlar və kişilər…

Tam mətn
Muəllif: Elçin Şıxlı

Son yarpaq

Bu günlərdə Rusiyada dəbdə olan yazıçı Boris Akuninin «Financial Times» qəzetinə verdiyi müsahibəylə tanış oldum. Diqqətimi onun söylədiyi bir fikir çəkdi. Deyir, bəxtim gətirib ki, SSRİ-də anadan olub da, hal-hazırda Rusiyada yaşayıram. Yoxsa sakit və rahat ölkədə doğulan adamlar kimi 90 yaş yaşayıb necə insan olduğunu bilməyə bilərsən, çünki…

Tam mətn
Muəllif: Redaksiya

Elmimizin ağsaqqalı, elimizin ağsaqqalı…

Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, humanitar və ictimai elmlər bölməsi sədrinin müavini, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının nəzdində arxeologiya və etnoqrafiya üzrə Müdafiə Şurasının sədri, Arxeologiya və Etnoqrafiya İnstitutunun tarixi etnoqrafiya şöbəsinin müdiri, Əməkdar elm xadimi, tarix elmləri doktoru, professor, Respublika Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin,…

Tam mətn