Muəllif: Qulu Məhərrəmli

ABŞ üçün hansı ölkə təhlükəlidir?

odla oynayan Rusiya, yoxsa iqtisadi möcüzələr göstərən Çin? Deyəsən, Amerika prezidenti D.Tramp yavaş-yavaş ipə-sapa yatmağa başlayıb. Qüdslə bağlı araqarışdıran bəyanatından sonra ağzından çıxan kəlmələrin də fərqinə varır. Onun ABŞ-ın yeni milli təhlükəsizlik strategiyası ilə bağlı verdiyi ciddi bəyanatlar çoxlarında belə bir təəssürat yaradır ki, başında hələ də biznes havası qalmış Tramp əməlli-başlı siyasətçi qiyafəsinə girir. Dünyanın ən güclü dövlətinin prezidenti indi öz ölkəsinin təhlükəsizliyi barədə həyəcanla danışır.

Tam mətn
Muəllif: İsmayıl Umudlu

Arnold Stepanyan: “Metsamor AES Ermənistan və bölgə üçün ciddi təhlükə törədə bilər”

“Metsamor Atom Elektrik Stansiyası seysmik zona olan Ermənistan və bölgə üçün ciddi təhlükə törədə bilər”. Bu sözləri Gürcüstanda fəaliyyət göstərən “Çoxmillətli Gürcüstan” qeyri-hökumət təşkilatının rəhbəri Arnold Stepanyan APA-ya açıqlamasında deyib. O bildirib ki, Metsamor AES-in yeni enerji blokunun tikintisi ilə bağlı yerli əhalinin, ictimaiyyət nümayəndələrinin fikrini öyrənmək vacibdir: “Bu…

Tam mətn