Muəllif: Redaksiya

Çörəkmi, qəzetmi?

Media mühiti bizi, sözün doğrusu, çox məyus edir

Tam mətn
Muəllif: Vüqar Abbasov

“Ayna”ya bükülü çörək

(Elçin Şıxlının “Qəzetə bükülmüş çörək” məqaləsinə cavab) “Ayna” mənim üçün doğma qəzetdir. Bu qəzet haqqında keçmiş zamanda yazmaq istəmirəm, çünki elə bu gün də doğmadır.  Uzun illər bu qəzetlə müxtəlif formalarda əməkdaşlıq etmiş, gah reklam, gah da müəllif kimi yazılar vermişəm. “Ayna”ya yazdığım son yazı “A bala, get o aynanı aç” olub ki, həmən yazının sonu belə idi:“Ancaq inanıram ki, Elçin İsmayıl oğlu Şıxlı bizim hamımızı, «Ayna»ya yazanları, onu sevənləri bu imtahandan çıxarmağı bacaracaq.

Tam mətn
Muəllif: Elçin Şıxlı

Qəzetə bükülmüş çörək

Gecə yarıdan xeyli ötmüş evdəkilərin əl-ayağı yığışandan sonra mətbəxə keçib çaydanın altını yandırdım. Qaz gözlədiyimdən xeyli yaxşı gəldiyindən daha iş otağına keçməyib elə oradaca çaydanın qaynamasını gözləməyi qərara aldım. Sakitliyi yalnız arada bir itlərin hürüşməsi, bir də qızmaqda olan çaydanın cızıltısı pozurdu… *** Bu yaxınlarda bir oxucu məktubu aldım. Zatən sizlərdən kifayət qədər məktub alıram, amma bu, o qədər gözlənilməz və maraqlı idi ki, sizinlə də bölüşmək qərarına gəldim.

Tam mətn
Muəllif: İsmayıl Umudlu

Fransa dünyaya indi çörəyi və şirniyyatı ilə çıxır

Fransa istehsalı olan çörək və şirniyyat məmulatlarına yüksək qiymət verilir və onlar dünyanın bir çox ölkələrinə ixrac edilir. Bu müvəffəqqiyyət məmulatların istehsalı üçün lazım olan texnikanı və istifadə edilən maddələrin istehsalı ilə ixtisaslaşan firmalara, həmçinin, mütəxəssis hazırlayan və qabaqcıl təcrübəni yayan təhsil müəssisələrinə də aiddir. Fransa deyəndə əksər əcnəbilərin…

Tam mətn
Muəllif: İsmayıl Umudlu

Serj Sarqsyan: «Biz o qədər az qalmışıq ki, …»

Gedən getdi, bir də haçan qayıdar? Qayıtmaq o qədərmi asandır? Zorla qaytarmaq da onun kimi. Yaxşı yaşamaq istəyini kimə qadağan edə bilərsən ki? Ermənistan prezidentliyinə namizədi, indiki dövlət başçısı Serj Sarqsyan Lori vilayətindəki (tarixi Dağlıq Qazax) Allahverdi şəhərində seçicilərlə görüşündə KÖÇ məsələsinə də toxunaraq deyib ki, yaxın illər…

Tam mətn
Muəllif: Redaksiya

Menyü: əsgər nə yeyəcək?

Nazirlər Kabineti ölkə Silahlı Qüvvələrinin və başqa silahlı birləşmələrin şəxsi heyəti üçün ərzaq payı normalarını təsdiq edib. APA-nın NK-nın rəsmi saytına istinadən xəbərinə görə, normalar Müdafiə, Daxili İşlər, Milli Təhlükəsizlik, Fövqəladə Hallar, Ədliyyə, Maliyyə, İqtisadi İnkişaf, Səhiyyə nazirliklərinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin və Dövlət Sərhəd Xidmətinin razılaşdırılmış təklifləri nəzərə…

Tam mətn