Muəllif: İbrahim Nəbioğlu

STELLA YEFİMOVNA

(Avstriya Gündəliyi – 1)  Almaniya sərhəddindən cəmi 5 km məsafədə yerləşir Zalsburq. Bu gözəl şəhər Vyana, Graz və Linzdən sonra Avstriyanın 4-cü şəhəridir. Ancaq Avstriya deyəndə hər kəsin ağlına iki şəhər gəlir – Vyana və Zalsburq. Zalsburq inzibati olaraq Avstriyaya bağlı olsa da adət və ənənələri, şvab ləhcəsi və ən əsası da tarixi, mədəniyyəti ilə əməlli-başlı Bavariya şəhəridir. Elə Tirol əyalətinin əhalisi də istər Zalsburq olsun, istərsə də İnsburq, özlərini Vyanadan çox Bavariyaya yaxın hiss edirlər.

Tam mətn
Muəllif: İsmayıl Umudlu

Qadın hokkey komandamız Keyptauna hazırlaşır

Ölkəmizin qadın otüstü hokkeyçilərdən ibarət milli komandası yanvarın 21-dən 27-dək Cənubi Afrika Respublikasının Keyptaun şəhərində Dünya Hokkey Liqası turnirinin II raundunda mübarizəyə qoşulacaq. Trend Azərbaycan Otüstü Hokkey Federasiyasına istinadən məlumat verir ki, hokkeyçilərimiz bu məsul yarışa hazırlığı ötən ilin son aylarından başlayıb və hazırda yeni ilin ilk günlərindən Bakıda…

Tam mətn