Muəllif: Arif Əliyev

Canlı qəzet məzarlığı üzərindən uçarkən

Mənə zəng vurub Mətbuat Şurasının qurultayı barədə məqalə yazmağı xahiş etməsəydilər, həmin gün şəhərdə belə gurultulu bir ad altında («Azərbaycan jurnalistlərinin yeddinci qurultayı»!) hadisə baş verəcəyindən xəbərim olmayacaqdı. Qurultayın necə başlandığını bilmək mənim üçün vacib əhəmiyyət kəsb etmirdi. Burada təzə nə ola bilərdi ki? Himn oxuyacaqlar, sonra təntənəli təbrik məktubu səsləndirəcəklər. Mətbuat Şurasının və onun işini yönlərdirən şəxslərin medianın bugünkü vəziyyəti haqda söyləyəcəklərini eşitmək də vacib deyildi. Bu məsələdə, eynilə, yenilik gözlənilmirdi.

Tam mətn
Muəllif: İsmayıl Umudlu

Həmsədrlərə xatırlatma: Qaradağlı 21 ildir xarabadır

O gün 80-ə yaxın Qaradağlı sakini xüsusi amansızlıqla qətlə yetirilib, 6 nəfər itkin düşüb, 9 nəfər əsir götürülüb. Ermənistan Silahlı Qüvvələrinin, erməni terror dəstələrinin və Rusiya Silahlı Qüvvələrinin Xankəndidə dislokasiya olunan 366-cı motoatıcı alayının hərbi texnikasının və canlı qüvvəsinin dəstəyi ilə Xocavənd rayonunun Qaradağlı kəndini işğal etməsindən və bu dəhşətli…

Tam mətn
Muəllif: İsmayıl Umudlu

Hacıqabulda qatar qəzası və yanğın baş verib

Hacıqabulda baş vermiş qəza ilə bağlı, Bakı istiqamətində gedən qatarların hərəkəti bərpa olunub. Bu barədə Trend-ə bazar günü «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nadir Azməmmədov məlumat verib. Onun sözlərinə görə, Bakıdan qərb rayonları istiqamətində gedən qatarların hərəkatı ilə bağlı işlər davam edir. Aşmış sisternalar qaldırılıb və…

Tam mətn
Muəllif: Redaksiya

Ticarət mərkəzində yanğın törədən tutuldu

Ələt-Astara magistralının Biləsuvar şəhərinin Heydər Əliyev prospektindən keçən hissəsində yerləşən ticarət mərkəzində yanğın törətmiş şəxsin kimliyi müəyyənləşdirilib. Biləsuvar Rayon Polis Şöbəsinin növbətçi hissəsindən APA-ya bildirilib ki, yanvarın 1-də gecə saat 22.00 radələrində fərdi sahibkar, Cəlilabad rayonunun Uzuntəpə kənd sakini Namiq Mirzəzadəyə məxsus ikimərtəbəli mebel ticarət mərkəzində güclü yanğın baş verib….

Tam mətn
Muəllif: Zəminə Rüstəmova

Azərin ünlü sənətçilərlə bir səhnədə idi

Türkiyənin «Samanyolu» yayım qrupunun 20-ci ildönümü münasibətilə İstanbul Konqress Mərkəzində «Fətullah Gülənin mahnıları» adlı irimiqyaslı konsert proqramı keçirildi. Canlı yayımla təqdim olunan konsert proqramında Türkiyənin məşhur türk sənət musiqiçiləri, mahnı ifaçıları ilə yanaşı Azərbaycandan Azərin də iştirak etdi. Gecədə tanınmış sənətçilərdən Müəzzez Ersoy da canlı ifa etmişdir. Azərin 60…

Tam mətn
Muəllif: Zəminə Rüstəmova

Bengü Bakıya gəlir

Məşhur Türk mahnı ifaçısı Bengü Brilyant Dadaşovanın TMB kanalında yayımlanan «Pırlantalı Geceler» proqramına qonaq olacaq. Bu həftə Bakıya gələrək canlı yayıma qatılacaq. Bengü son albomundan mahnıları canlı olaraq onun heyranları üçün səsləndirəcək. Rusiya, Özbəkistan və Türkmənistan kimi ölkələrdə də yayımlanan proqramın digər qonağı isə astroloq Rezzan Kiraz olacaq. Əlavə…

Tam mətn