Muəllif: Aytən Məmmədova

İslahatdan çıxmaq

Nelson Mandelanın kiçik oğlu Tembekile avtomobil qəzasında həlak olanda onun atası hələ həbsxanadaydı. Ömrünün 27 ilini cənubi afrikalıların azadlığı üçün dəmir barmaqlıqlar arasında keçirən Madibaya dəfndə iştirak eləməyə icazə vermədilər. O, böyük faciəsini təkadamlıq kamerada kədərli sükutla yaşamışdı… “İslahatdan çıxmaq” ifadəsi nəsə yaddaşımın dərin qatında yer alıb. “Nə haqda deyirdilər onu?” sualı ilə özümü bir az yordum. Sonra xatırladım. Yaşlı adamların leksikonundan yaddaşımda ilişib qalmışdı. Nəsə sıradan çıxırdısa, ələgəlməz olurdusa, “islahatdan çıxıb” deyirdilər.

Tam mətn
Muəllif: Redaksiya

“Nardaran Piri”ndə oğurluq edilib

“Nardaran Piri”ndə oğurluq hadisəsi qeydə alınıb. Buna peşəkar cibgirlik də demək olar. Burada ibadətlə məşğul olan Gəncə şəhər sakini, 47 yaşlı Nadir Yusifovun gödəkcəsinin cibindən nə az, nə çox, 8 min manat pulunu çırpışdırıblar. Hadisə barədə polisə məlumat daxil olan kimi əməliyyat qrupu yaradıldığı bildirilir. Cinayətin üstünün açılıb-açılmayacağı sonranın işidir….

Tam mətn