Muəllif: İsmayıl Umudlu

Aliment verməkdən boyun qaçıranları sərt cəza gözləyir

Alimentdən boyun qaçıranlar və əmək qabiliyyəti olan, işləyən övladlar tərəfindən əmək qabiliyyəti olmayan valideynlərin saxlanması üçün məhkəmə tərəfindən müəyyən edilmiş vəsaiti ödəməkdən qərəzli olaraq yayınanlar ilə bağlı cəzalar sərtləşdirilib. Parlamentin ötən iclaslarından birində bununla bağlı “İcra haqqında” qanuna və CM-yə əlavə və dəyişikliklər edilib. Dəyişikliklərə əsasən, bu hal Məcəllədəki…

Tam mətn
Muəllif: Redaksiya

Güllə yarası almış əsgərin vəziyyəti kafidir

Güllə yarası almış əsgərin vəziyyəti kafidir. Bu barədə MN mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev bildirib. 19 yaşlı Cavid Ələmşah oğlu Mehrəliyev düşmən gülləsinə tuş gəlib və hospitala yerləşdirilib. Hadisə Ermənistan silahlı birləşmələrinin Ağdam istiqamətində atəşkəsi pozması nəticəsində baş vermişdir.
Əsgər Cavid Mehrəliyev Xaçmaz rayonundan həqiqi hərbi xidmətə çağırılıb.

Tam mətn
Muəllif: Redaksiya

İntiharın səbəbi: baş mühasib yaşamaqdan bezibmiş

Bu gün saat 09:00 radələrində Bərdənin Piyadalar kəndində yaşayan, Bərdə rayon Baytarlıq İdarəsində baş mühasib işləyən, 47 yaşlı Vəliş Məmmədov kənd qəbiristanlığında, mərhum anasının qəbrinin yanında özü ilə gətirdiyi ov tüfəngindən sinə nahiyəsinə atəş açaraq intihar edib. Baş Prokurorluğunun mətbuat xidməti bildirir ki, baş vermiş hadisə ilə bağlı rayon…

Tam mətn
Muəllif: Redaksiya

Pasporta görə rüsumlara dəyişiklik gözlənilir

Milli Məclisin İqtisadi siyasət komitəsi “Dövlət rüsumu haqqında” qanuna dəyişikliyi müzakirə edir. Son iclasda deputatlar ümumvətəndaş pasportları verilməsinə görə rüsumun dəyişdirilməsini müzakirə ediblər. Belə ki, müstəsna xəstəliklə bağlı olaraq iki gün ərzində verildiyi və ya dəyişdirildiyi halda 1 yaşınadək uşaqlara 10 manat, 1-3 yaşınadək 20 manat, 3-18 yaşınadək 30 manat,…

Tam mətn
Muəllif: Redaksiya

Orta ömrümüz — 73 il

Azərbaycanda proqnozlaşdırılan orta ömür həddi 73 ildir, Avropada bu rəqəm 76 il təşkil edir. Bu barədə ÜST Avropada səhiyyənin vəziyyətinə dair yeni hesabatında bildirilir. Bu tip hesabatlar üç ildən bir hazırlanır, araşdırmalar 53 dövlətdə yaşayan təxminən 900 milyon insanı əhatə edir. İnsanın orta ömür həddinə görə göstəricilərində qadınlar və kişilər…

Tam mətn
Muəllif: İsmayıl Umudlu

Şeyxül-islam: Düzünü de, latın əlifbasında oxuya bilirsən?

Şeyxül-islam Paşazadə mollaların latın qrafikasında oxuya bildiyinə əmin deyilmiş və bu mövzuda Qafqaz Müsəlmanları İdarəsində (QMİ) axund və imamlar üçün xütbə nümunələrinin təqdimatı zamanı onunla mollalar arasında maraqlı dialoq baş verib. Yeni nəşr olunan xütbə örnəklərini mollalara təqdim edərkən onlardan latın əlifbasında oxuya bilib-bilmədiklərini soruşub. Bu sual mərasimdə olan…

Tam mətn
Muəllif: Redaksiya

Birdən müəllimin dərs vaxtı mürgülədiyini lentə aldılar?..

Paytaxtın 100-ə yaxın məktəbində mobil telefonlardan istifadəyə yasaq qoyulub. Bakı Şəhər Təhsil İdarəsi ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zəminə Əliqızı deyib ki, tədris ocağında telefondan istifadə yasağına məktəb rəhbərləri özləri nəzarət edirlər. Z.Əliqızı yenə də izah edib bu yasaq mobil telefonun tədris prosesinə və onun keyfiyyətinə mənfi təsir göstərməsindən irəli gəlib….

Tam mətn