Muəllif: Admin_ayna

Türkiyədə seçki bitdi

 Seçki öncəsi ab-hava necəydisə, indi də eynidi, dəyişməyib. Bir sözlə, proses davam edir. Kılıçdaroğlunu sevməyənlərin sayı artır Ankarada kafe-restoranlarda, küçələrdə seçki barədə söz-söhbətlər səngimir. Təbii ki, əsas konu Muharrem İnce adı ətrafındadı. İnce niyə uduzdu? Seçki günü nədən media önünə çıxmadı? Nə üçün etiraz etmədi? Susqunluğu nədən idi? Bu suallar Ankara sokaklarında dolaşır. Seçki gününün axşamı CHP-də vəziyyət ürəkaçan deyildi. Səsvermə bitən kimi, səslər hesablayan andan adamlar qərargaha axışmaya başladı. Öncə hər şey çox sakit gedirdi.

Tam mətn
Muəllif: Seymur Kazımov

Güllə, mərmi altında yaşayan uşaqlar: “itirilmiş nəsil”

Sosial şəbəkədə bir foto gördüm. Vaxtilə Türkiyədə çalışmış icra məmuru idi.  Deyir ki, “evə daxil olduq, ev əşyalarını müsadirə etməliydik, növbə televizora çatdı. Evdəki balaca uşaq cizgi filminə baxırdı…. qeyri-ixtiyari baxışlarımız toqquşdu. Həmin gün vəzifəmdən istefa verdim.” Ötən ilin aprel hadisələri gərək ki, yadınızdadır. 20 ildən artıq davam edən Qarabağ müharibəsi zamanı hərbi əməliyyatlar ən aktiv fazaya keçmişdi. Jurnalist kimi həmin günləri cəbhəyanı kəndlərdə gərgin işləmişdim.

Tam mətn
Muəllif: İbrahim Nəbioğlu

ARMUD FORMASINDA BİR MUSİQİ

Yaradıcı insan patoloji sərhədlərə yaxınlaşma cəsarətini göstərib, ondan reallığa geri dönə bilən insandır. Bunu alim və sənət adamına da, sadə insana və dahiyə də şamil etmək olar.   Bəzi psixiatrlar yaxından görmədikləri, tanımadıqları halda eşitdikləri bəzi davranış və hərəkətlərə görə məşhur adamlara diaqnozlar qoymuşlar. Eyni şeyi psixoanalitiklər də edirlər bəzən. Onlar bu “gücü”  Ziqmund Freydin “Yaradıcılığın psixoanalizi.

Tam mətn
Muəllif: Rauf Mirqədirov

TÜRKÜN TÜRKDƏN BAŞQA DÜŞMƏNİ YOXDUR və ya Dərviş Məstəli Şahın Ankara sərgüzəştləri

Bilirəm ki, bu məqalədən sonra məni millətə xəyanətdə, bütün türkləri təhqirdə  ittiham edənlər tapılacaq. Amma nə edim. Susa bilmirəm. Vallah, billah istəyirəm susum, danışmayım, bacarmıram. Bu milləti sevdiyim üçün bacarmıram. Məni çoxdan bir sual narahat edir. Nə qədər axtarıram cavabını tapa bilmirəm. Başa düşə bilmirəm ki, nə üçün bizlər, yəni özünü türk adlandıranlar, qabaqcıl millətlər arasında özümüzə yer tapa bilmirik?! Bizim başqa millətlərdən nəyimiz  əskikdir?  Özü də söhbət heç də Azərbaycan türklərindən getmir.

Tam mətn
Muəllif: Cəsur Məmmədov

«Azərbaycanın NATO-ya inteqrasiyası azalacaq»

«Ordunun Aynası»nın budəfəki qonağı millət vəkili, MM Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü Zahid Orucdur. Onunla müsahibəmiz geniş oldu. Qeyd edək ki, müsahibəni geniş şəkildə «Ordunun Aynası»nın Youtube kanalından izləyə bilərsiniz. — Bu mayda Azərbaycanla NATO arasında Sülh Naminə Tərəfdaşlıq proqramı çərçivəsində əməkdaşlığın 20 ili tamam olur. Siz bu dövrü…

Tam mətn
Muəllif: İsmayıl Umudlu

Azərbaycan üçün 3 strateji məqsəd

İnanmıram ki, Ukrayna yaxın illərdə NATO-ya üzv olacaq. Ukraynanın çoxlu ağrılı nöqtələri var və bunlar ölkəni hələ uzun illər silkələyəcək. NATO da özlüyündə «Ukrayna yükü»nü daşımaq istəməyəcək və ya daşıya bilməz. Sözsüz ki, Alyans Ukraynanın yeni hakimiyyətinə siyasi dəstək göstərəcək (bu hakimiyyətin nə qədər qalması da maraqlı məsələdir). Amma…

Tam mətn
Muəllif: İsmayıl Umudlu

Hərbi əməkdaşlıq önə çıxmalıdır

Fikrimcə, Ukraynada cərəyan edən faciəli hadisələr Azərbaycanı və digər postsovet dövlətlərini istər-istəməz öz milli müstəqilliklərinin müdafiəsinə daha çox fikir verməyə məcbur edəcək. Bu səbəbdən bu ölkələr çalışacaqlar ki, özlərinə hərbi sahədə güclü olan müttəfiq tapsınlar, ya da güclü hərbi ölkələrlə, yaxud hərbi-siyasi qurumlarla əlaqələrini intensivləşdirsinlər. Belə olduqda onlar NATO-nun…

Tam mətn