Ərdoğan: "Bundan sonra yolumuza daha çox güvənərək davam edəcəyik"

Ərdoğan: "Bundan sonra yolumuza daha çox güvənərək davam edəcəyik"

Rusiyadan alınan "S-400" zenit-raket komplekslərini Türkiyəyə çatdırılması prosesi 2020-ci ilə qədər tamamlana bilər.

 

AYNA trend.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Habertürk" telekanalında çıxışı zamanı bildirib.

 

"Ümid edirəm ki, "S-400" komleksinin tədarükü bu il bitəcək, ümumi proses isə 2020-ci ilin aprelinə kimi başa çatacaq. Bundan sonra yolumuza daha çox güvənərək davam edəcəyik".

 

Ərdoğan həmçinin Rusiyada hava müdafiə etmə sistemlərinin işlənməsində təlim ala biləcək Türk mütəxəssislərinin sayını artırma imkanını açıqlayıb.

 

Daha əvvəl Ərdoğan Rusiya ilə S-400 müqaviləsini "müasir Türkiyə üçün ən əhəmiyyətli müqavilə" adlandırıb.

Müəllif: Ayna.az      15 İyul 2019 02:53
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar