Nyu-York zülmətə qərq oldu - FOTO

Nyu-York zülmətə qərq oldu -     FOTO

Şəhərdə həyat durdu

 

Nyu-Yorkun ən sıx bölgələrindən biri olan Manhattan-da elektrikin kəsilməsi nəticəsində metro hərəkətini dayandırıb, iş yerləri fasilə verməli olub.

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, nəqliyyat axsamalar yaşandığı üçün Nyu-York polisi təhlükəsizlik önləmləri almaq üçün bir neçə yolları qapamalı olub.

 

Məlumata görə, elektrik kəsintisi 73 min insana təsir edib. Kəsinti səbəbindən “Times” meydanı, “Madison” meydanı və “Emprie State” qaranlığa qərq olub.

 

Картинки по запросу new york manhattan

Müəllif: Ayna.az      14 İyul 2019 12:30
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar