"Sarı jiletlər" yenə Paris küçələrində - ETİRAZ AKSİYASI

"Sarı jiletlər" yenə Paris küçələrində -     ETİRAZ AKSİYASI

Parisdə genişmiqyaslı etiraz aksiyası keçirəcəklərini deyiblər

 

“Sarı jiletlər” hərəkatının üzvləri bu gün Parisin 10-cu dairəsində yerləşən Şimali vağzalında etiraz aksiyası keçiriblər.

 

AYNA xəbər verir ki, Trend-in məlumatına görə, bu barədə “BFM” telekanalı xəbər verib.

 

Etiraz hərəkatının aktivistləri səhər saatlarında Stalinqrad müharibəsi meydanında toplaşıblar, ordan da böyük kütlə ilə Parisin küçələrində olublar.

 

Hadisə yerinə gələn polisin xüsusi təyinatlı qüvvələrinin dəstələri nümayişçiləri stansiyadan çıxarıb. Bundan sonra fəallar öz yürüşünü şəhərin küçələrində davam ediblər.

 

Etirazçılar respublika hakimiyyətindən vətəndaş təşəbbüsünün-referendumun təşkil etməsini tələb ediblər. “Sarı jiletlər” 14 iyul – Fransa Milli bayramında Parisdə genişmiqyaslı etiraz aksiyası keçirəcəklərini deyiblər.

Müəllif: Ayna.az      14 İyul 2019 01:38
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar