İngiltərədən İrana zərbə

İngiltərədən İrana zərbə

Həbs edilənlərin hamısı Hindistan vətəndaşıdır

 

İngiltərə koloniyası olan Cəbəllütariq muxtariyyəti Suriyaya tətbiq edilən sanksiyaları pozaraq bu ölkəyə neft daşıyan İrana aid tankerin 4 işçisini həbs edib.

 

AYNA Publika.az-a istinadən xəbər verir ki, onların içində gəminin kapitanı da var.

 

Cəbəllütariq polisindən verilən açıqlamada bildirilib ki, həbs edilənlərin hamısı Hindistan vətəndaşıdır. Onların məhkəmədə özünü müdafiə edə bilməsi üçün vəkil də təyin olunub.

 

Qeyd edək ki, İrana aid "Grace 1" neft tankerində işçi heyətinin əksəriyyətinin hind olduğu, aralarında pakistanlı və ukraynalıların da olduğu açıqlanmışdı. İşçilərin hamısını sorğuya çəkən Cəbəllütariq Ali Məhkəməsinin hakimi həbs müddətinin 14 gün olmasına qərar vermişdi.

 

Xatırladaq ki, İranın neft tankeri 4 iyulda saxlanılıb. İranın bunun İngiltərəyə baha başa gələcəyini bəyan edib.

Müəllif: Ayna.az      13 İyul 2019 22:30
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar