Nepalda təbii fəlakət - OTUZ İKİ ÖLÜ

Nepalda təbii fəlakət -       OTUZ İKİ ÖLÜ

32 nəfər ölüb

 

Nepalda ötən gün axşam saatlarından başlayan güclü yağışlardan sonra meydana gələn daşqın və sürüşmələr nəticəsində 32 nəfər ölüb. 

 

AYNA xəbər verir ki, APA-nın Çinin Sinxua agentliyinə istinadən əldə etdiyi məlumata görə, Nepal Daxili İşlər Nazirliyi təbii fəlakət nəticəsində 12 nəfərin yaralandığını, 17 nəfərin isə itkin düşdüyünü bildirib. 

 

Güclü yağış ölkənin 21 rayonunda ciddi fəsadlara səbəb olub.

Müəllif: Ayna.az      13 İyul 2019 20:42
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar