Azərbaycanda zavod cərimələnib

Azərbaycanda zavod cərimələnib

112 dollar cərimə təyin olunub

 

Sabunçu Rayon Məhkəməsi “Bakı Neft Maşınqayırma Zavodu”nu cərimələyib.

 

AYNA xəbər verir ki, APA-nın məlumatına görə, zavod Maliyyə Bazarlarına Nəzarət Palatasının iddiası əsasında İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən, 112 ABŞ dolları məbləğində cərimə olunub.

 

Zavod məhkəmənin qərarı ilə razılaşmayaraq apelyasiya şikayəti verib.

Müəllif: Ayna.az      13 İyul 2019 16:08
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar