Tramp indi də "Terminator"la davaya başlayıb

Tramp indi də "Terminator"la davaya başlayıb

"Məşhur aktyordur, amma o öldü

 

Məşhur aktyor Arnold Şvartsnegger və Prezident Donald Tramp arasında yenidən mübahisə başlayıb. AYNA xarici mətbuata istinadən xəbər verir ki, ABŞ Prezidenti Şvartsneggerin NBC kanalında efirə gedən "Şagird" (The Apprentice) verilişinin aparıcısı olmasına münasibət bildirib: “Mənim yerimə Şvartseneggeri gətirdilər. Məşhur aktyordur, amma o öldü”.

 

Prezidentin bu sözləri aktyorun şöhrəti ilə bağlı istifadə etdiyi deyilir. 2004-cü ildən 2015-ci ilə qədər bu televiziya verilişinin aparıcısı olan Tramp, Prezident seçildikdən sonra miqrantlarla bağlı sərt çıxışlar etdiyinə görə veriliş NBC tərəfindən bağlanıb. Daha sonra Şvartsnegger “The New Celebrity Apprentice” adı ilə yenidən başlayan layihəyə aparıcı kimi dəvət edilib.

 

Şvartsnegger şəxsi “Twitter” hesabından Trampa, “Mən buradayam və hələ də vergi hesabatlarını gözləyirəm” – deyə cavab verib.

 

Xatırladaq ki, ABŞ Konqresi Vergi Komitəsi Prezidentin 6 illik vergi bəyənnaməsini tələb edib. Tramp vergi hesabatı ilə bağlı açıqlama verməyib.

Müəllif: Ayna.az      13 İyul 2019 14:30
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar