Sarkisyanın qudası haqqında həbs qərarı çıxarılıb

Sarkisyanın qudası haqqında həbs qərarı çıxarılıb

O, iqtisadi cinayətlərdə təqsirli bilinir

 

Yerevanda məhkəmə Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın qudası, 2018-ci ilin iyulun sonuna qədər Müqəddəs Qriqori adına tibb mərkəzinə rəhbərlik edən Ara Minasyanı iqtisadi cinayətlərdə təqsirli bilərək qiyabi həbs edib.

 

AYNA virtualaz.org-a istinadən bildirir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

 

Qeyd olunub ki, hazırda Sarkisyanın qudası axtarışa verilib: “İyulun 12-də istintaq orqanı Minasyanın həbs edilməsi barədə vəsatətlə məhkəməyə müraciət edib. Nəzərə alsaq ki, Minasyan istintaqdan gizlənir və yeri məlum deyil, onun barəsində axtarış elan edilib”.

 

Ara Minasyan dövlətə 1,9 milyon dollar ziyan vurmaqda, 152 min dollar məbləğin mənimsəmə və israf edilməsində, ağır nəticələrə səbəb olan kommersiya və ya digər təşkilatların səlahiyyətlərindən sui-istifadə edilməsində, bir qrup şəxslə əlbir olaraq sənədlərin saxtalaşdırılmasında təqsirli bilinir. Bu maddələr səkkiz il müddətinə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutur.

Müəllif: Ayna.az      13 İyul 2019 07:12
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar