On səkkiz yaşlı oğlan itkin düşüb - FOTO

On səkkiz yaşlı oğlan itkin düşüb -          FOTO

İdman zalından çıxıb və evə qayıtmayıb

 

 

Lənkəranın Göyşaban kənd sakini, 2001-ci il təvəllüdlü Rüfət Rasim oğlu Axundlu itkin düşüb.

 

AYNA xəbər verir ki, Bu barədə "Report"un Cənub Mərkəzinə onun valideynləri məlumat veriblər.

 

Məlumata görə, R.Axundlu ötən gün məşq etdiyi idman zalından çıxıb və evə qayıtmayıb. Onu son dəfə Lənkəran şəhərində, saat 20:00 radələrində görüblər. R.Axundlunun əynində boz rəngli köynək, ağ şalvar və əlində idman çantası olub. R.Axundlunun ailəsi tərəfindən Lənkəran Şəhər Rayon Polis Şöbəsinə məlumat verilib.

 

Onu görənlərdən Lənkəran Rayon Polis Şöbəsinə və ya (055) 673-65-07 əlaqə nömrəsinə məlumat vermələri xahiş olunur.

 

Картинки по запросу lənkəranda 18 yaşlı oğlan itkin düşüb

 

Müəllif: Ayna.az      13 İyul 2019 09:18
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar