Səudiyyə qadınlarla bağlı bu qadağanı ləğv edəcək

Səudiyyə qadınlarla bağlı bu qadağanı ləğv edəcək

21 yaşdan aşağı kişilərlə bağlı qadağanın da ləğvi gözlənilir

 

Səudiyyə Ərəbistanında qadınların tək başına xarici ölkələrə səfər edə bilməmələri qadağasının bu ildən ləğv edilməsi gözlənilir.

 

AYNA “The Guardian” qəzetinə istinadən xəbər verir ki, Səudiyyə Krallığı bu ildən etibarən qadınların kişilərdən icazə almadan xarici ölkələrə səyahət edə bilməmək qadağasını ləğv etməyi planlayır. Qanun 18 yaşdan böyük qadınlara şamil ediləcək. Eyni zamanda Səudiyyə mətbuatında yayılan xəbərlərə görə, 21 yaşdan kiçik kişilərin də xüsusi icazə almadan xarici ölkəyə səfər edə bilməmək qadağası da ləğv ediləcək.

 

Qeyd edək ki, ötən ilin sentyabrında Səudiyyə Ərəbistanında qadınlar sürücülük vəsiqəsi alması və maşın idarə etməsi üçün qanun qəbul edilib.

Müəllif: Ayna.az      13 İyul 2019 01:04
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar