İrandan hədə-qorxu: “Sərt qarşılıq verəcəyik”

İrandan hədə-qorxu: “Sərt qarşılıq verəcəyik”

İranın Müdafiə naziri İsrailin Baş nazirinin təhdidinə cavab verib

 

İsarilin Baş naziri Binyamin Netanyahu İsrailin yeni nəsil hərbi təyyarəsi olan “F35”-in təqdimatında İranla bağlı bunları deyib: “İran bunu bilməlidir ki, bu təyyarələr Orta Şərqdə İrandan Suriyaya qədər hər yerdə uça bilməkdədir”.

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, İsrail Baş nazirinin bu təhdidindən sonra İranın Müdafiə naziri general Əmir Xatəmi yazılı açıqlama yayımlayıb: “İsrail Baş nazirinin son təhdidləri BM-in 2-ci maddəsinin 4-cü bəndi olan “BM üzvü olan ölkələri təhdid etməmək” qaydasını pozmaqdadır”.

 

İranın öz ərazi bütövlüyünü qoruycağını, hər cür təhdidə sərt qarşılıq verəcəyini bildirən general Xatəmi, BM-dən işğalçı İsrail rejimini qınamasını və təhdidlərinə qarşı hüquqi qərar almasını tələb edib.

Müəllif: Ayna.az      13 İyul 2019 00:12
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar