Hava şəraiti ilə bağlı xəbərdarlıq - DİQQƏT

Hava şəraiti ilə bağlı xəbərdarlıq -     DİQQƏT

Hərəkətdə olan vətəndaşlar nələrə diqqət etməlidirlər

 

Hazırda müşahidə olunan küləkli hava şəraiti ilə əlaqədar bütün hərəkət iştirakçılarına ehtiyyatlı olmağı tövsiyə edirik.

 

Sərnişinlərdən xahiş edirik ki, avtobus dayanacaq pavilyonlarında gözləyərkən diqqətli olsunlar. Dayanacaq məntəqəsinin ərazisindən kənarda avtobusa minib-düşməsinlər. Həmçinin, Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində eyni qaydalara riayət edilməlidir.

 

Sürücülərə tövsiyə edirik ki, hərəkətdə olan zaman yollarda müəyyən edilən sürət həddinə və yol nişanlarının tələblərinə əməl etsinlər.

 

Hava şəraiti ilə əlaqədar paytaxt yollarına və ictimai nəqliyyat infrastrukturlarına nəzarət gücləndirilib.

Müəllif: Ayna.az      12 İyul 2019 23:35
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar